Avtobusa səhv minən uşaq ailəsinə təhvil verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtobusa səhv minən uşaq ailəsinə təhvil verildi

17:38 - 13 / 05 / 2023
Avtobusa səhv minən uşaq ailəsinə təhvil verildi

Bu gün saat 15:30 radələrində 88 nömrəli marşruta səhv minən 6 yaşlı oğlan tapılaraq ailəsinə təhvil verilib.

Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, Çağrı Mərkəzinə (Alo141) vətəndaş tərəfindən daxil olan müraciətə əsasən, dərhal araşdırma aparılıb. “BakuBus” MMC-nin müvəqqəti istismarında olan 88 nömrəli marşrutda fəaliyyət göstərən avtobuslara “AVL” proqram təminatı vasitəsilə mesaj göndərilib. Bundan əlavə xəttə nəzarət edən, xətt dispetçerləri ilə telefon əlaqəsi yaradılıb uşaqla bağlı bütün məlumatlar verilib.

Saat 16:25 radələrində uşaq tapılıb və valideyni ilə əlaqə saxlanılaraq metronun “İçəri Şəhər” stansiyası yaxınlığında polis əməkdaşlarının müşayyəti ilə təhvil verilib.

Paylaş:
480

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər