XİN: Ermənistan Brüssel görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb | 1news.az | Xəbərlər
Cəmiyyət

XİN: Ermənistan Brüssel görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

12:13 - 15 / 05 / 2023
XİN: Ermənistan Brüssel görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

Mayın 14-də Avropa İttifaqı Şurasının Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Brüsseldə keçirilmiş növbəti görüşdə Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf-müqabillərin diqqətinə çatdırılıb.

1news.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

“Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edir”, - qeyd olunub.

Paylaş:
356

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər