İtkin düşən azərbaycanlı ilə bağlı Belçikadakı səfirliyə müraciət edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İtkin düşən azərbaycanlı ilə bağlı Belçikadakı səfirliyə müraciət edilib

12:50 - 15 / 05 / 2023
İtkin düşən azərbaycanlı ilə bağlı Belçikadakı səfirliyə müraciət edilib

Belçikada itkin düşən Azərbaycan vətəndaşı ilə bağlı axtarış aparılır.

1news.az xəbər verir ki, mayın 8-də Belçikada itkin düşən 1989-cu il təvəllüdlü Məmmədov Nizami İbrahim oğlu ilə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə də müraciət edilib.

Qeyd edək ki, Belçikanın paytaxtı Brüsseldə yaşayan Nizami Məmmədov sonuncu dəfə mayın 8-də paytaxtdakı klinikaların birinin yaxınlığında görülüb.

İtkin düşən şəxsin bacısı Sevil Abbasova APA-ya qardaşının bir müddət əvvəl avtomobil qəzasında kəllə-beyin travması alması, yaddaş itkisi və oruentasiya pozğunluğundan əziyyət çəkməsi barədə məlumat verib.

Paylaş:
266

Son xəbərlər

Sabahın havası açıqlandı

09 / 03 / 2026, 12:21
Bütün xəbərlər