Tənzilə Nazarbayeva: “Özbəkistanda Heydər Əliyevin xatirəsi uca tutulur”
“Heydər Əliyevin siyasi liderliyi və bacarığı nəticəsinə Azərbaycan xalqı böyük bəlalardan xilas oldu”
1news.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclis Senatının Sədri Tənzilə Narbayeva Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.
O qeyd edib ki, Heydər Əliyev ən keşməkeşli dövrdə Azərbaycanın taleyi üçün böyük məsuliyyəti üzərinə götürdü.
“Qısa müddətdə Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazandığının şahidi olduq. Heydər Əliyevin irsi Azərbaycan dövlətinin banisi kimi dünya siyasətçiləri tərəfindən yüksək qiymətləndirilir. Bu gün Prezident İlham Əliyevin atasının siyasətini uğurla davam etdirməsi sevindiricidir”
T.Nazarbayeva bildirib ki, Özbəkistanda Heydər Əliyevin xatirəsi uca tutulur.
“Heydər Əliyevin Azərbaycan-Özbəkistan əlaqələrin gücləndirilməsində, inkişafında rolu olub. Özbəkistan xalqı bunu unutmur”, - deyə o əlavə edib.