DİM: 2 abiturientdə telefon aşkarlanıb, 1 nəzarətçi imtahandan kənarlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM: 2 abiturientdə telefon aşkarlanıb, 1 nəzarətçi imtahandan kənarlaşdırılıb

16:06 - 20 / 05 / 2023
DİM: 2 abiturientdə telefon aşkarlanıb, 1 nəzarətçi imtahandan kənarlaşdırılıb

III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Bu barədə 1news.az-a DİM-dən bildirilib.
Qeyd edilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq.

“1 nəzarətçi isə köçürməyə şərait yaratdığı üçün imtahandan kənarlaşdırılıb. Baş verən qayda pozuntuları protokollaşdırılıb və araşdırma aparılacaq”, - məlumatda vurğulanır.

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər