Bakıda bank kartından pul oğurlayan keçmiş məhkum saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda bank kartından pul oğurlayan keçmiş məhkum saxlanılıb

11:35 - 20 / 05 / 2023
Bakıda bank kartından pul oğurlayan keçmiş məhkum saxlanılıb

Bakıda bank kartından pul oğurlayan şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 16-da bir nəfərin bank kartından hesabındakı 220 manatını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Nəbiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
265

Son xəbərlər

Bütün xəbərlər