Azərbaycanda ilk dəfə bağ traktorları xəttinin şəksiz lideri - İtaliyanın “Carraro Agritalia” markası təqdim edilib

Bu il regionun ən böyük beynəlxalq kənd təsərrüfatı sərgisində - "Caspian Agro" 2023-də bağ traktorları xəttinin şəksiz lideri - İtaliyanın "Carraro Agritalia" traktoru Azərbaycanda ilk dəfə təqdim olunub!
Carraro Qrupunun 65-110 at gücə malik ixtisaslaşmış traktorların istehsalı üzrə fəxri olan Roviqodakı zavodu hər gün konveyerdən tarixi Carraro brendinin traktorlarına əlavə olaraq, John Deere, Massey Ferguson, Claas və Valtra kimi dünya istehsalçılarının əsas markalarının traktorlarını buraxır.
Üç kiçik atı və "Ən yaxşıları üçün qurulmuş traktorlar" şüarı ilə məşhur olan Carraro, son istifadəçilərini düşünərək istehsal edilir.
Carraro traktorları kənd təsərrüfatında innovasiya ilə sinonimdir. Traktorları tam dizayn edən, inkişaf etdirən və istehsal edənlər müştərinin ehtiyaclarını həqiqətən dərk edə bilər. Hazırda brendin çeşidi meyvə, qoz və badam bağları və üzüm bağları üçün ixtisaslaşdırılmış modellərə, eləcə də ətraf mühitə az təsir göstərən yeni hibrid versiyaya yönəlib.
Kompakt dizaynlı ixtisaslaşmış traktorlar müxtəlif ox genişlikləri və aşağı kapot sayəsində müxtəlif növ cərgələrarası becərmə işlərini yerinə yetirə bilirlər.
Qeyd etmək istərdik ki, brend bələdiyyə həllərini də təklif edir. Güclü hidravlik sistem sayəsində traktorlar zibilin yığılması, yolların süpürülməsi və qardan təmizlənməsi, torpağın malçlanması və s. üçün istənilən növ bələdiyyə alətləri ilə təchiz oluna bilər.
Zəngin seçimlər dəsti və idxalçının çevik siyasəti sayəsində müştəri Vigneto Largo xəttindən Carraro traktorunu özü üçün konfiqurasiya edə bilər.
Azərbaycanda yüksək keyfiyyətli və ixtisaslaşmış “Carraro Agritalia” brendinin idxalçısı “Imagro Technics” şirkətidir.
Imagro MMC Improtex Grupun törəmə şirkətidir. 2019-cu ildən şirkət Azərbaycanda kənd təsərrüfatı texnikalarının satış və yüksək keyfiyyətli texniki xidmətini göstərir. Vüqar Ələkbərovun rəhbərlik etdiyi komanda kənd təsərrüfatı xidmətləri bazarında bacarıq və bilikləri təkmilləşdirmək məqsədi daşıyır. Şirkət geniş çeşiddə kənd təsərrüfatı texnikası təklif edir: traktorlar, kombaynlar, həm zərərvericilərə qarşı mübarizə, həm də kənd təsərrüfatı emalları üçün çiləyicilər, həmçinin müxtəlif aqreqatlar, qoşqular və yarımqoşqular.
Imagro technics
Zəng mərkəzi: *8080
Whatsapp: +99451 252 8080
Reklam hüququnda