SABIS® SUN Azersun Holding ilə şagird təcrübə proqramı layihəsinə start verir | 1news.az | Xəbərlər
Cəmiyyət

SABIS® SUN Azersun Holding ilə şagird təcrübə proqramı layihəsinə start verir

15:22 - 23 / 05 / 2023
SABIS® SUN Azersun Holding ilə şagird təcrübə proqramı layihəsinə start verir

SABIS SUN® Beynəlxalq Məktəbi (SABIS® SUN) Azərbaycanın qida və sənaye sektorunun aparıcı şirkəti olan Azersun Holdinqlə şagirdləri üçün 4 həftəlik yay təcrübə proqramına başladığını elan etdi. Təcrübə proqramı SABIS® SUN məktəbinin 15 yaşdan yuxarı 10, 11 və 12-ci sinif şagirdləri üçün təşkil olunmuşdur, bu proqram onlara məktəbdə əldə etdikləri yüksək keyfiyyətli təhsil və 21-ci əsr bacarıqlarını hazırkı şəraitdə tətbiq etmək imkanı yaradacaq.

Müraciət edən şagirdlər Azərsun Holdinqin daxilində İT, Marketinq, Dizayn və Biznesin İnkişafı kimi müxtəlif departamentlər və şirkətlərlə yaxından əməkdaşlıq edəcəklər.

Məktəbin direktoru Francois Enslin paylaşıb: “Bu təcrübə proqramı şagirdlərimizə öz maraqlarını araşdırmaq və gələcək karyera məqsədləri barədə düşünmək üçün daha çox imkanlar yaradacaq. Sənaye mütəxəssisləri ilə birgə işləyərək, onlar fərqli sahələrdə görüş və təcrübə qazanacaqlar. Bu intensiv 4 həftəlik proqramın şagirdlərimizi necə dəyişəcəyini və onları gələcəyə daha da hazır edəcəyini görmək ümidindəyəm.”

Təcrübə proqramının bir başqa əsas faydası da şagirdin universitet müraciətlərinə əlavə edəcək dəyərinin olmasıdır. SABIS® SUN şagirdləri CV-lərində real həyat təcrübəsi ilə xüsusi bir yer tutaraq dünyanın başlıca universitetlərinə müraciətlərində digər namizədlərdən fərqlənəcəklər.

SABIS® SUN Beynəlxalq Məktəbi həmişə şagirdlərinə universitetdə və həyatda uğur qazanmaq imkanı verən üstün keyfiyyətli bir təhsil verməyə çalışır. Bu təcrübə şagirdlərin akademik mükəmməlliyi, həyata hazırlığı və özünü inkişafını tarazlaşdıran, universitetə və ondan sonra uğur qazanmalarına imkan verən yüksək keyfiyyətli təhsil vermək öhdəliyinə daha bir sübutdur.

SABIS® SUN Beynəlxalq məktəbi haqqında:

SABIS® SUN Beynəlxalq Məktəbi (SABIS® SUN) heç bir ayrı-seçkiliyə yol verməyən, bir yerdə təhsil verən, tədris fəaliyyətini ingilis dilində həyata keçirən və uşaq bağçasından 12-ci sinfə qədər olan şagirdlərə xidmət göstərən müstəqil məktəbidir.

Beynəlxalq kurrikulumun həyata keçirilməsi üçün ingilis dilini əsas tədris dili kimi istifadə edən SABIS® SUN, şagirdlərə dəyişən dünyada uğur qazanmağa kömək etmək üçün hər tərəfli bilik və həyatı bacarıqları aşılayır.

Məktəb Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən lisenziyalaşdırılıb və Özəl Məktəblərin Milli Şurası, Beynəlxalq Təhsilin Qiymətləndirilməsi üzrə Kembric Assosiasiyası, Beynəlxalq Akkreditasiya (AI)Orta Dövlətlər Assosiasiyasının İbtidai və Orta Məktəblər üzrə Komissiyası tərəfindən akkreditasiya olunub.

Məktəb haqqında ətraflı məlumat əldə etmək üçün sabissun.sabis.net saytına və aşağıda göstərilən facebook və instagram səhvələrinə daxil ola bilərsiniz:

https://www.facebook.com/sabissunbaku

https://www.instagram.com/sabissuninternational.school/

Qəbula yazılmaq üçün qeyd olunan nömrələrlə əlaqə saxlamanız kifayətdir: +994 55 213 95 03, +994 55 212 20 28

Reklam hüququnda

Paylaş:
510

Son xəbərlər

Son doqquz ayda ölkədə nikahların sayı azalıbBu gün, 17:12“Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” QSC arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıbBu gün, 16:53Azərbaycanda əhalinin sayı artıbBu gün, 16:39Kapital Bank rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandıBu gün, 16:20Bəzi yerlərdə yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 16:05Çeçenistan nümayəndə heyəti Milli Onkologiya Mərkəzində olmuşdur - FOTOBu gün, 15:43İlham Əliyev ekosistemə qəsdən zərər vuranların cəzalandırılmasını təsdiqləyibBu gün, 15:33Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu təyin olunubBu gün, 15:24Los-Ancelesə Azərbaycanın yeni baş konsulu təyin edilibBu gün, 15:16Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilibBu gün, 15:11“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTOBu gün, 14:53Nazir yaşıl xəstəxanalar layihəsinin tam reallaşacağı vaxtla bağlı danışdıBu gün, 14:45Emin Əmrullayev: “Ekoloji savadlılığın artırılması istiqamətdində işlər görülür”Bu gün, 14:36Sahil Babayev: “Azərbaycan iqlim dəyişikliyinin həssas qruplara təsirini azaltmaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir”Bu gün, 14:31Sabahdan yeni ekspres marşrutu fəaliyyətə başlayacaqBu gün, 14:28Astarada itkin düşən 74 yaşlı kişinin meyiti çayda tapılıbBu gün, 14:03Dövlət Başçısı Palau Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 13:51İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb - YENİLƏNİBBu gün, 13:39Sabahın hava proqnozu: Yağış yağacaqBu gün, 13:30İdarə rəisi: Şəhərin inkişafı üçün yeni təşəbbüslər və investorlar üçün stimullar planlaşdırılırBu gün, 13:09
Bütün xəbərlər