Şəkidə müəllimlər və şagirdlər zəhərləndilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə müəllimlər və şagirdlər zəhərləndilər

14:57 - 23 / 05 / 2023
Şəkidə müəllimlər və şagirdlər zəhərləndilər

Bu gün günorta saatlarında Şəki rayonunun Qudula kənd orta məktəbinin 24 şagirdi və 3 müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a bildirilib ki, qeyd olunan faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır.

Paylaş:
310

Son xəbərlər

Bütün xəbərlər