Azeronline Yüksək sürətli internet xidməti ilə artıq Gəncədə - FOTO

Azərbaycanın hər bir guşəsində müasir və yüksəksürətli internet xidmətindən sakinlərin rahatlıqla faydalanması məqsədilə başladılan “Onlayn Azərbaycan” layihəsi bu gün də uğurla davam edir və miqyasını durmadan genişləndirir.
“Azeronline BM” LTD şirkəti də qeyd olunan layihə çərçivəsində GPON texnologiyası (Gigabit Passive Optical Networks – Giqabit Passiv Optik Şəbəkə) əsasında keyfiyyətli xidmət təqdim etmək üçün ölkə üzrə fərqli coğrafi ərazilərdə yerləşən şəhər və kəndlərdə eyni zaman kəsiyində təmir-tikinti işləri apararaq fiber-optik interneti sakinlərə əlçatan edir.
2023-cü ilin ilk aylarından etibarən şəbəkə quruculuq işlərini yekunlaşdıraraq internet qoşulmalarına başladılan ərazilərdən biri də qədim paytaxt olan Gəncə şəhəridir. Əhali sayına görə ölkənin 3-cü böyük şəhəri olan Gəncədə “Azəronline” fiber-optik internetinin təqdim ediləcəyi ərazilər ümumilikdə 20 minədək təsərrüfatı əhatə edir. Ötən ilin son aylarından başlayan layihə çərçivəsində Gəncənin müəyyən ərazilərində təmir-tikinti işləri artıq yekunlaşıb, ümumilikdə 5100 təsərrüfatı əhatə edən Xocalı Qaçqın Şəhərciyi, Kəlbəcər Qaçqın Şəhərciyi və Cavadxan qəsəbələrində qoşulmalara artıq başlanılıb. Qoşulmanın ilk günlərində canlı musiqi və hədiyyələrlə məcburi köçkünlər üçün inşa edilmiş Kəlbəcər yeni yaşayış kompleksinə daxil olan “Azeronline” komandası yerli sakinlər tərəfindən maraqla qarşılanıb. Xidmətdən yararlanmaq istəyən şəxslər isə yerindəcə qeydiyyatdan keçərək qısa zamanda xidmətə qoşulmaq imkanı əldə ediblər.
Hazırda Gəncə şəhərində 1000-dən artıq ev təsərrüfatı “Azeronline” fiber-optik internet xidmətinin aktiv istifadəçisidir. Cari ilin sonunadək, həmçinin Məhsəti qəsəbəsi və Hacıməlikli kəndinin təhvil verilməsi planlaşdırılır. Bu da təxminən 15000 ev təsərrüfatının GPON texnologiyası əsasında keyfiyyətli və sürətli internet xidmətindən istifadə imkanı qazanması deməkdir.
Missiyası sürətli internet bağlantısını ölkənin hər bir guşəsində əhali üçün əlçatan etmək olan şirkət strategiyasına uyğun olaraq, ən ucqar yaşayış məntəqələrində belə şəbəkə quruculuğu və abunəçi qoşulması əməliyyatlarını uğurla həyata keçirir.
“Azeronline BM” LTD tərəfindən təklif olunan internet bağlantısı xüsusi üstünlükləri ilə digərlərindən fərqlənir. Həmin üstünlüklər sürətli quraşdırma, kəsintisiz internet təminatı, naqilsiz qoşulma və etibarlı bağlantıdan ibarətdir. Aylıq abunə haqqı müştərinin seçdiyi tarif paketindən asılı olaraq 15 AZN-dən başlayır.
“Azeronline BM” LTD-nin Çağrı Mərkəzi ay ərzində 28 mindən çox zəng qəbul edərək 24/7 aktiv müştəri xidmətləri göstərir. GPON texnologiyası ilə fiber-optik internetə qoşulmaq və digər xidmətlərə dair daha ətraflı məlumat əldə etmək üçün 8220 və ya şəhər nömrələrindən 450 2020 nömrəsinə zəng etmək kifayətdir. Həmçinin sürətli və kəsintisiz internetə qoşulmaq istəyənlər ONLAYN QEYDİYYAT səhifəsində qeydiyyatdan keçməklə qısa zamanda Optik İnternet istifadəçisinə çevrilə bilərlər.
Şirkət haqqında
“Azeronline” LTD Birgə Müəssisəsi 1999-cu ilin 29 dekabr tarixində “Azercell Telekom” BM tərəfindən təsis edilib. Azərbaycanda yaranan ilk internet provayder şirkətlərindən biri olan “Azeronline” hazırda həm fərdi, həm də korporativ müştərilərinə müasir texnologiyalara əsaslanan FTTx, Simsiz və Ayrılmış xətt kimi internet xidmətləri təqdim edir. 70 mindən çox müştəri bazasına sahib olan şirkətin müştəriləri arasında iri şirkətlər, banklar, eləcə də dövlət qurumları yer almaqdadır.
Reklam hüququnda