Sudan qanunsuz istifadə halları aşkarlandı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sudan qanunsuz istifadə halları aşkarlandı - VİDEO

17:48 - 23 / 05 / 2023
Sudan qanunsuz istifadə halları aşkarlandı - VİDEO

Xətai rayonunda aparılan araşdırmalar nəticəsində sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

1news.az xəbər verir ki, Rahib Məmmədov küçəsində yerləşən “Park Aile Çay Bahçesi” restoranın sayğacı olsa da, sudan qanunsuz istifadə edilib.

Belə ki, obyektin sayğacı özbaşına sökülərək birbaşa birləşmə verilib. Bundan əvvəl də obyektdə anoloji hal baş verib, dəymiş ziyan aktı tərtib olunub və su təchizatı dayandırılıb. Lakin obyektin icarədarı qanunvericiliyin tələblərini kobud surətdə pozaraq suyu talamaqda davam edib. Xətai Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən obyektin su təchizatı dayandırılıb və yenidən dəymiş ziyan aktı tərtib olunub.

Cavanşir küçəsi 15A ünvanında sahibkara məxsus “Nar çiçəyim” kafesi, “Təbriz market”, zoomarket, şirniyyat sexi, dönər, ət və balıq məhsullarının satışı obyektlərində də sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Belə ki əvvəllər bu obyektlərdə su sərfiyyatı bir sayğac əsasında aparılıb. Sonradan sayğac nasaz vəziyyətə düşüb, sahibkar onun yenisi ilə dəyişdirilməsi ilə bağlı tələbləri yerinə yetirməyib. Əvəzində yaxınlıqdakı yaşıllıqların suvarılması üçün nəzərdə tutulan xətdən özbaşına istifadə edib.

Kazımağa Kərimov küçəsində yerləşən sexdə eyni zamanda bir neçə müəssisə fəaliyyət göstərir. Bir müddət əvvəl obyekt sahibi yığılmış borcu ödəmədiyindən su təchizatı dayandırılıb. Yığılmış borcların hissəli ödəniş üçün güzəşt edilsə də, sahibkar nəinki bu imkandan yararlanıb, əksinə sayğacdankənar əlavə xətt çəkərək sudan istifadə edib. Obyektin su təchizatı yenidən dayandırılıb və dəymiş ziyan aktı tərtib edilib.

Nəzarət tədbirləri zamanı aşkarlanmış bütün qeyri-qanuni birləşmələr ləğv edilib. Obyekt sahiblərinin diqqətinə çatdırılıb ki, içməli sudan qeyri-qanuni və sayğacdankənar istifadə şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər abonentlərin su təchizatının pisləşməsinə səbəb olur. Belə qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş və sayğacdankənar xətlər ləğv olunur, bu əməllərə yol verən fiziki və hüquqi şəxslərə qarşı sərt nəzarət tədbirlərinin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunur.

Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarında sudan qanunsuz istifadə ilə bağlı 4817 fakt aşkarlanıb və bunların 50-dən çoxu araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Paylaş:
538

Son xəbərlər

Azərbaycanlı kinorejissor XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində üstad dərsi keçirib - FOTO30 / 09 / 2023, 23:06Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilib - FOTO30 / 09 / 2023, 22:33Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO30 / 09 / 2023, 18:24Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub30 / 09 / 2023, 18:12XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümu ilə bağlı bəyanat yayıb30 / 09 / 2023, 18:07Özbəkistanda TÜRKSOY-un tədbirində Qənirə Paşayeva anıldı: “Türk dünyası üçün böyük itkidir”30 / 09 / 2023, 17:56Bu gün Bakının 547 küçəsi yuyulub30 / 09 / 2023, 17:45Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB30 / 09 / 2023, 17:23Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir30 / 09 / 2023, 17:11“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib30 / 09 / 2023, 16:52Türkiyə XİN: “Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir”30 / 09 / 2023, 16:35Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib30 / 09 / 2023, 16:26Prezident: Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir30 / 09 / 2023, 16:22Prezident Si Cinpini təbrik edib30 / 09 / 2023, 16:06Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb30 / 09 / 2023, 15:47Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar30 / 09 / 2023, 15:33İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub30 / 09 / 2023, 15:21Baş prokurorluq: Sülh, insanlıq əleyhinə cinayətlər törədən Davit Babayan və Lyova Mnatsakanyan məsuliyyətə cəlb edilib30 / 09 / 2023, 15:09Ağdərədə silah-sursat və döyüş texnikası müsadirə edilib30 / 09 / 2023, 14:59Sumqayıt şəhərinin, Binəqədi və Abşeron rayonlarının sərhədləri müəyyənləşdiriləcək30 / 09 / 2023, 14:43
Bütün xəbərlər

Next TV