Bakıda qaçırılan avtomobillə qəza törədilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qaçırılan avtomobillə qəza törədilib

11:13 - 24 / 05 / 2023
Bakıda qaçırılan avtomobillə qəza törədilib

Bakıda nəqliyyat vasitəsi qaçırılıb.

DİN-dən 1news.az-a verilən məlumata görə, mayın 21-də saat 13 radələrində Binəqədi rayonunun S.Məmmədova küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini İ.Cəfərova məxsus “Mercedes Vito” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini avtoyuma məntəqəsində işləyən Kürdəmir rayon sakini Fərid Rzayevin qaçırması və Sabunçu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunub.

F.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər