42 yaşlı polisin vəfatı ilə bağlı AQTA-dan açıqlama - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

42 yaşlı polisin vəfatı ilə bağlı AQTA-dan açıqlama - YENİLƏNİB

Qafar Ağayev17:16 - 25 / 05 / 2023
42 yaşlı polisin vəfatı ilə bağlı AQTA-dan açıqlama - YENİLƏNİB

Mayın 24-ü axşam saatlarında 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayevin səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilməsi və daha sonra həyatını itirməsi ilə bağlı kütləvi-informasiya vasitələrində yayılmış məlumat Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırılıb.

Agentliyin 1news.az-a verdiyi rəsmi açıqlamada bildirilib ki, araşdırma zamanı hadisənin qida ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilib.

09:18

Mayın 25-də saat 5 radələrində polis baş serjantı, Əlahiddə Çevik Polis Alayında manqa komandiri xəstəxanada vəfat edib.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, 1981-ci il təvəllüdlü Samir İsmayıl oğlu Mustafayev axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq, o həyatını itirib.

Araşdırma aparılır.

Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər