Bu 3 hekayə “boz” “iPhone” almaq fikrindən daşınmağınıza səbəb olacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu 3 hekayə “boz” “iPhone” almaq fikrindən daşınmağınıza səbəb olacaq - FOTO

09:48 - 25 / 05 / 2023
Bu 3 hekayə “boz” “iPhone” almaq fikrindən daşınmağınıza səbəb olacaq - FOTO

Etiraf edək ki, əksəriyyətimiz məhsul alarkən qiymətin münasib olmasına xüsusi diqqət yetiririk.

Ancaq bəzən bu, heç də xoş olmayan nəticələrə gətirib çıxara bilər. Elə isə sizə “iPhone” almaq və qənaət etmək istəyənlər üçün faydalı olacaq hekayələri təqdim edirik.

Hekayə 1. Ucuz aldıməliboş qaldım.

Zeynəb, 23 yaş:

“Çoxdan “iPhone” almaq arzusunda idim. Bir az pul topladım və daha ucuz haradan ala biləcəyimi araşdırdım. İlk baxışdan yaxşı təsir bağışlayan bir sayt tapdım. Bu saytdakı qiymət digər mağazalardakından xeyli aşağı idi. Təbii ki, müəyyən şübhələrim var idi. Almazdan əvvəl telefonu əyani görmək istədim, amma məlum oldu ki, onların mağazası yoxdur. Məni əmin etdilər ki, kirayə haqqı ödəmədiklərinə və onlayn işlədiklərinə görə qiymət daha aşağıdır. Məhsul kuryer tərəfindən çatdırılıb. Gözəl bağlaması var idi. Həm iPhone, həm də qutusu kifayət qədər original görünüşə malik idi. Bundan başqa, məhsula "mağaza" tərəfindən bir illik zəmanət verilmişdi. Həmin an heç nə şübhə doğurmadı. Smartfondan 3 ay istifadə etdim və nəhayət bir gün onu işə sala bilmədim. Həmin vaxtadək telefon nə yerə, nə də suya düşməmişdi. Həmin satıcını axtarmağa başladım, amma nə saytı tapa bildim, nə də telefon nömrələrinə zəng çatdı. Ən yaxın xidmət mərkəzinə müraciət etdim. Burada qadcetimin Çində istehsal edilmiş ehtiyat hissələrindən yığıldığını öyrəndim. Bu telefonun 3 ay işləməsinin belə təəccüblü olduğunu dedilər. Bir sözlə, bu “gözəl”in təmir oluna bilməyəcəyini bildirdilər. Guya alış-verişdə qənaət etmək istədim, əvəzində it də getdi, ip də - həm pul itirdim, həm də telefonsuz qaldım”.

Əli, iSpace” xidmət mərkəzinin eksperti:

“Təəssüf ki, belə hallar tez-tez baş verir. İnsanlar daha ucuz axtarır, lakin bir çoxları həm pulunu itirir, həm də qadcetsiz qalır. Çində istehsal edilmiş ehtiyat hissələrdən yığılmış "iPhone"ların “Apple” texnikası ilə ortaq cəhətləri çox azdır. Onlar təmir üçün yararsızdır. Hətta deyərdim ki, onlar ümumiyyətlə heç nəyə yaramırlar. Amma alıcı bir müddət əslində nə aldığını təxmin etməyə bilər, çünki telefon və qutu olduqca normal görünür. Telefonu əldə etməzdən əvvəl qadceti IMEI kodu ilə yoxlamağı məsləhət görürəm. Bu nömrə qutuda, sistemdə, cihazda, bir sözlə, hər yerdə eyni olmalıdır. Həmçinin IMEI kodu ilə “Apple” saytında telefonun orijinal olub-olmadığını da yoxlaya bilərsiniz. Hər şey bir kənara: əgər qiymət aşağıdırsa, deməli düşünməyə dəyər”.

Hekayə 2. Alışda qənaət etdiyimi təmirə xərclədim

Hüseyn, 42 yaş:

“Ötən ilin payızında ailəmlə Dubaya səfərim zamanı “Apple”ın rəsmi mağazasına getdim. Ən son “iPhone” almağı planlaşdırırdım deyə qiymətləri müqayisə etmək qərarına gəldim. Orada telefonlar Bakıdakına nisbətən daha ucuz idi. Əlbəttə ki, buna sevindim və bir az qənaət etmək qərarına gəldim. Həm “iPhone”un orijinal olması, həm də beynəlxalq zəmanətlə təqdim olunması qərarıma təsir etdi. Bir sözlə, aldım. Bir müddət sonra ekran toxunuşlara zəif reaksiya verməyə başladı. Bakıdakı rəsmi xidmət mərkəzinə müraciət etdim. Problemi pulsuz həll etmək üçün qəbz və sənədləri özümlə apardım. Ancaq məlum oldu ki, həm zəmanət, həm də pulsuz təmir yalnız ilkin satınalma ölkəsində etibarlıdır. Bir sözlə, əgər telefonu pulsuz təmir etmək istəyirsənsə, BƏƏ-yə getməlisən. Təmir üçün pul ödəməli oldum, bu isə, yeni telefonun dəyərinin demək olar ki, 30 %-ni təşkil edir. Bu da alış zamanı etdiyim qənaətin nəticəsi!”.

Əli, “iSpace” xidmət mərkəzinin eksperti

"Həqiqətən də, “iPhone” smartfonlarını yalnız alındığı ölkədə pulsuz təmir etmək olar. Əgər qadceti xaricdə alıb təmir üçün bizə gətirmisinizsə, onda istənilən halda təmir üçün pul ödəməli olacaqsınız. Bundan əlavə, nəzərə almaq lazımdır ki, müxtəlif ölkələr üçün nəzərdə tutulmuş “iPhone”ların özünəməxsus xüsusiyyətləri var. Məsələn, BƏƏ bazarı üçün nəzərdə tutulmuş qadcetlərdə videozənglərə daxili məhdudiyyət mövcuddur. Bu isə o deməkdir ki, “FaceTime” ya ümumiyyətlə işləməyəcək, ya da problemlərlə işləyəcək. Əlbəttə ki, istehsal qüsurlarına nadir hallarda rast gəlinir, lakin bu halda belə rəsmi zəmanət sizə qənaət etməyə imkan verir. Belə problemlərlə üzləşməmək üçün telefonu yerli rəsmi resellerlərdən almaq daha yaxşıdır - onların siyahısı ilə “Apple”ın saytında tanış ola bilərsiniz".

Hekayə 3. Zəmanət çərçivəsində iPhone”u ödənişsiz təmir etdirdim

Murad, 34 yaş:

"Uzun müddət satıcıların saytlarını müqayisə etdim, internetdə rəyləri oxudum, amma sonda risk etmədim və “iPhone” smartfonunu rəsmi resellerdən aldım. Fikrimcə, bu, ən düzgün qərar idi. Telefonu aldıqdan 10 ay sonra ön kamerada problem yarandı. Telefondan aktiv istifadə etdiyim üçün bəlkə də problemin yaranmasında özüm günahkaram. Bu, çox bivaxt baş verdi, çünki məzuniyyətə çıxmağa hazırlaşırdım. Axı telefonsuz necə keçinmək olardı? Rəsmi servis mərkəzinə müraciət etdim. Zəmanət çərçivəsində kamera dəyişdirildi, təmir tez başa gəldi və 1 manat da olsun xərcim çıxmadı. Belə çıxır ki, telefonu rəsmi resellerdən almaqla lazımsız xərclərdən qurtarmış oldum. Səfərdən gətirdiyim şəkillər isə göz oxşayır".

Niyaz, iSpace” xidmət mərkəzinin eksperti

"Apple şirkətinin siyasətinə uyğun olaraq, bəzi hallarda problemli qadceti yenisi ilə əvəz edirik. Təbii ki, bu, o halda mümkündür ki, telefon Azərbaycandakı rəsmi resellerlərdən alınmış olsun. "Boz" “iPhone”ların isə ödənişsiz təmiri və ya dəyişdirilməsi həyata keçirilmir. Beləliklə, məlum olur ki, alış-veriş zamanı qənaət etmək istəyənlər çox vaxt əlavə xərcə düşürlər. “iPhone” smartfonunu harada alacağınızı seçərkən, yalnız qiymətə baxmayın".

İstənilən məhsulu almazdan əvvəl düşünmək lazımdır. Söhbət ən son "iPhone"dan və ya bahalı "Macbook Pro"dan gedirsə, ikiqat düşünmək tələb olunur. Kiçik bir qənaətin gözlənilməz xərclərə çevrilməməsi və ya pul itkisi ilə nəticələnməməsi üçün istehsalçının rəsmi saytında tövsiyə edilən resellerləri seçin.

Niyaz, iSpace” xidmət mərkəzinin eksperti:

“Apple” texnikası ilə bağlı probleminiz varsa, təmirin keyfiyyətinə əmin olmaq üçün dərhal rəsmi “Apple” servis mərkəzinə müraciət etməyi tövsiyə edirik (siyahı isupport.az saytında əks olunub). “Apple” şirkətinin sertifikasiyasından keçən mütəxəssislərimiz yalnız orijinal hissələrindən istifadə edirlər”.

“Apple” şirkətinin Azərbaycandakı rəsmi resellerləri: iSpace, Kontakt Home, Baku Electronics, Irshad, Maxi.az, Myshops, Bytelecom, Soliton, Azercell.

Reklam hüququnda

Paylaş:
727

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər