Şuşa və Ağdama gələn ay üçün avtobus biletləri satışa çıxarılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşa və Ağdama gələn ay üçün avtobus biletləri satışa çıxarılacaq

Qafar Ağayev14:56 - 26 / 05 / 2023
Şuşa və Ağdama gələn ay üçün avtobus biletləri satışa çıxarılacaq

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun ayına olan biletlər 29 may 2023-cü il saat 12:00-da satışa çıxarılacaq.

Agentlikdən 1news.az-a verilən məlumata görə, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 24 yanvar 2022-ci ildə istifadəyə verilib. Bu günədək 549 reys həyata keçirilib, 22 min 287 nəfər işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Paylaş:
348

Son xəbərlər

Azərbaycanlı kinorejissor XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində üstad dərsi keçirib - FOTO30 / 09 / 2023, 23:06Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilib - FOTO30 / 09 / 2023, 22:33Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO30 / 09 / 2023, 18:24Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub30 / 09 / 2023, 18:12XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümu ilə bağlı bəyanat yayıb30 / 09 / 2023, 18:07Özbəkistanda TÜRKSOY-un tədbirində Qənirə Paşayeva anıldı: “Türk dünyası üçün böyük itkidir”30 / 09 / 2023, 17:56Bu gün Bakının 547 küçəsi yuyulub30 / 09 / 2023, 17:45Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB30 / 09 / 2023, 17:23Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir30 / 09 / 2023, 17:11“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib30 / 09 / 2023, 16:52Türkiyə XİN: “Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir”30 / 09 / 2023, 16:35Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib30 / 09 / 2023, 16:26Prezident: Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir30 / 09 / 2023, 16:22Prezident Si Cinpini təbrik edib30 / 09 / 2023, 16:06Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb30 / 09 / 2023, 15:47Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar30 / 09 / 2023, 15:33İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub30 / 09 / 2023, 15:21Baş prokurorluq: Sülh, insanlıq əleyhinə cinayətlər törədən Davit Babayan və Lyova Mnatsakanyan məsuliyyətə cəlb edilib30 / 09 / 2023, 15:09Ağdərədə silah-sursat və döyüş texnikası müsadirə edilib30 / 09 / 2023, 14:59Sumqayıt şəhərinin, Binəqədi və Abşeron rayonlarının sərhədləri müəyyənləşdiriləcək30 / 09 / 2023, 14:43
Bütün xəbərlər

Next TV