BTQ dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

BTQ dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir

Qafar Ağayev16:28 - 26 / 05 / 2023
BTQ dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yüklərin daşınma potensialının artırılması istiqamətində tikinti tempinin sürətləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilir.

1news.az xəbər verir ki, ‘’Azərbaycan Dəmir Yolları’’ QSC Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik sahəsində təmir-bərpa, rekonstruksiya və tikinti işlərini sürətləndirmək və layihənin qısa müddətdə başa çatdırılması üçün yeni podratçıları cəlb edib.

Qeyd edək ki, 2017-ci ildən ilkin olaraq istifadəyə verilmiş sözügedən dəmir yolu xəttinin çətin relyefli dağlıq və meşəlik ərazidən keçən Marabda-Kartsaxi sahəsində təmir-bərpa işlərinə başlanılması yol təsərrüfatının sağlamlaşdırılması, onun buraxıcılıq gücünün artırılması və hərəkətin təhlükəzliyi baxımından həyata keçirilən tədbirlərdir. Hazırda aparılan cari işlər nəticə etibarı ilə Çin və Orta Asiyadan daha çox yükün qəbul edilərək Avropaya çatdırılmasında önəmli rol oynayacaq.

Belə ki, Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-nin regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır.

Hazırda xətlər tam elektrikləşdirilib, dəmir yol xəttinin inşası əsasən tamamlanıb, 12 stansiyada elektrik təchizatı, rabitə və işarəvermə qurğularının, stansiya işçiləri üçün inzibatı binaların, müasir köməkçi kommunikasiya işlərinin tamamlanması yerinə yetirilir.

Yuxarıda qeyd olunan layihə üzrə müvafiq tamamlama işlərinin qısa zaman ərzində yekunlaşdırılması üçün may ayının ortasından etibarən yolda yüklərin daşınması müvəqqəti olaraq məhdudlaşdırılıb.

Paylaş:
158

Son xəbərlər

İraq Prezidenti və Bəhreyn baş naziri İlham Əliyevə məktub ünvanlayıb06 / 06 / 2023, 17:52Qəbul imtahanları qaydaları pozan 17 nəfərin nəticələri ləğv olunub06 / 06 / 2023, 17:50II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilib06 / 06 / 2023, 17:44Monqolustan Prezidenti Azərbaycan liderini ölkəsinə səfərə dəvət edib06 / 06 / 2023, 17:35Dominikan rəhbəri Prezident İlham Əliyevi təbrik edib06 / 06 / 2023, 17:35Lisey və gimnaziyalara ərizə qəbulu başa çatıb06 / 06 / 2023, 17:27Azərbaycanın XİN başçısı ATƏT ölkələrinin dəyirmi masasında iştirak edib06 / 06 / 2023, 17:07Dövlət Turizm Agentliyi qastroturizm sahəsinin inkişafı ilə bağlı planlarını açıqlayıb - FOTO06 / 06 / 2023, 17:06Aİ rəsmisi İrəvanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair məsələləri müzakirə edib06 / 06 / 2023, 17:03Uçuşların səmərəliliyi və təhlükəsizliyinin artırılması: AZAL və IATA yeni memorandum imzalayıb06 / 06 / 2023, 16:48Ölkədə vaksinasiya ilə bağlı vəziyyət necədir?06 / 06 / 2023, 16:42Yoluxanların sayı açıqlandı06 / 06 / 2023, 16:40Teymur Musayev Türkiyənin səhiyyə nazirinə məktub ünvanlayıb06 / 06 / 2023, 16:32Avropa Oyunlarının medalları təqdim olunub06 / 06 / 2023, 16:24Milli Məclis iki sazişi ratifikasiya edəcək06 / 06 / 2023, 16:15Qərbi Azərbaycan İcması bəyanat yayıb06 / 06 / 2023, 16:04Türkiyədə “Uber”in fəaliyyəti qadağan edilib06 / 06 / 2023, 15:56ƏƏSMN-in satışa çıxardığı mənzillərin 200-ə yaxını satılıb06 / 06 / 2023, 15:5187 yaşlı qadın düşdüyü quyudan sağ çıxarıldı - VİDEO06 / 06 / 2023, 15:42Azad edilmiş ərazilərdə sahibkarlara kommunal xərclər üçün maliyyə yardımının ödənilməsi qaydası təsdiqlənib06 / 06 / 2023, 15:33
Bütün xəbərlər

Next TV