Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb - YENİLƏNİB

Qafar Ağayev08:29 - 26 / 05 / 2023
Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb - YENİLƏNİB

Göygöldə selin apardığı 2 nəfərin meyiti tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov 1news.az-a bildirib ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları çatıb.

Onun sözlərinə görə, səhər saatlarında Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində hər 2 şəxsin meyitinin tapılması barədə Gəncə Şəhər Baş Polis İdarəsinə və Göygöl Rayon Polis Şöbəsinə məlumat daxil olub:

"Dərhal polis əməkdaşları hadisə yerinə gələrək hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edilib. Araşdırmalar davam etdirilir".

***

saat 08:23

Göygöl Rayon Polis Şöbəsinə rayonun Topalhəsənli kəndində intensiv yağan yağışlar nəticəsində yaranan sel axınına 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun düşərək axıb getməsi barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, hazırda həmin şəxsin yerinin müyyən olunması istiqamətində axtarış işləri davam etdirilir

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər