Tovuzda 75 yaşlı kişi minaya düşərək xəsarət alıb - YENİLƏNİB 1 | 1news.az | Xəbərlər
Cəmiyyət

Tovuzda 75 yaşlı kişi minaya düşərək xəsarət alıb - YENİLƏNİB 1

11:15 - 27 / 05 / 2023
Tovuzda 75 yaşlı kişi minaya düşərək xəsarət alıb - YENİLƏNİB 1

Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan 1news.az-a bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

11:00

Tovuzda 75 yaşlı kişinin minaya düşməsinin bəzi təfərrüatları məlum olub.

Kənd icra nümayəndəsi 1news.az APA-ya istinadən xəbər verir ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərov mala-qara otaran zaman evin yaxınlığında minaya düşüb.

Həmçinin nümayəndə qeyd edib ki, Abdulla Ələsgərovun evi Ermənistanla şərti sərhədə yaxın yerləşdiyi üçün ərazidə mina təhlükəsi var.

Qeyd edək ki hadisə bu gün saat 8:00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində baş verib.

Kənd ərazisində mina partlayışı zamanı 75 yaşlı Abdulla Ələsgərov xəsarət alıb və xəstəxanaya çatdırılıb. Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda onun Qazax Rayon Mərkəzi Xəstəxanasında müalicəsi davam etdirilir.

10:19

Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlaıyışı baş verib.

DİN-in Mətbuat xidmətinin regional qrupundan 1news.az-a bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumata görə dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir.

Hazırda xəstəxanada müalicəsi davam etdirilir.

Paylaş:
830

Son xəbərlər

Bütün xəbərlər