Azərbaycanda ilk dəfə Beynəlxalq Riyaziyyat Olimpiadaçıları Konfransı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ilk dəfə Beynəlxalq Riyaziyyat Olimpiadaçıları Konfransı keçirilib

Qafar Ağayev15:15 - 29 / 05 / 2023
Azərbaycanda ilk dəfə Beynəlxalq Riyaziyyat Olimpiadaçıları Konfransı keçirilib

Ölkədə ilk dəfə “Azərbaycandan dünyaya” Beynəlxalq Riyaziyyat Olimpiadaçıları Konfransı təşkil olunub.

1news.az xəbər verir ki, konfransın məqsədi iştirakçılara riyaziyyat təhsili sahəsində lider olmaq və intizamın inkişafı üçün ilham vermək, öyrətmək və gücləndirməkdir.

Həmçinin bu konfransla riyaziyyat olimpiadalarında uğur qazanmaq istəyən şagirdləri, onların valideyn və müəllimlərini doğru şəkildə istiqamətləndirərək beynəlxalq arenada uğur qazanmalarına kömək etmək olub.

Konfransın təşkilatçısı, "Global Olympiad Center"in direktoru Xəyal İbrahimzadə çıxış edərək olimpiadaçı şagirdlərin yetişməsinin vacibliyindən danışıb.

Daha sonra Elm və Təhsil Nazirliyinin ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev “Ölkəmizdə riyaziyyat fənn olimpiadalarının bu günü və sabahına perspektiv baxış”, Türkiyənin Akdeniz Universitetinin professorları İlham Əliyev və Mustafa Özdəmir “Riyaziyyat olimpiadası, Olimpiya təhsili", "Riyaziyyat Olimpiadası, dünəni və bu günü” mövzusunda çıxışlar ediblər.

Konfrans çıxışlarla davam edib, qonaqlar müəllimlərin, tələbələrin, şagirdlərin suallarını cavablandırıblar.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Paylaş:
267

Son xəbərlər

Azərbaycanlı tələbələrin 5 gündə çəkdiyi film Özbəkistanda 1-ci oldu: “Çətin idi, amma bacardıq” - FOTO01 / 10 / 2023, 22:14Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində01 / 10 / 2023, 16:00“Nar” şəbəkəsi Xankəndi şəhərində01 / 10 / 2023, 13:45Azərbaycanlı kinorejissor XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində üstad dərsi keçirib - FOTO30 / 09 / 2023, 23:06Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilib - FOTO30 / 09 / 2023, 22:33Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO30 / 09 / 2023, 18:24Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub30 / 09 / 2023, 18:12XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümu ilə bağlı bəyanat yayıb30 / 09 / 2023, 18:07Özbəkistanda TÜRKSOY-un tədbirində Qənirə Paşayeva anıldı: “Türk dünyası üçün böyük itkidir”30 / 09 / 2023, 17:56Bu gün Bakının 547 küçəsi yuyulub30 / 09 / 2023, 17:45Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB30 / 09 / 2023, 17:23Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir30 / 09 / 2023, 17:11“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib30 / 09 / 2023, 16:52Türkiyə XİN: “Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir”30 / 09 / 2023, 16:35Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib30 / 09 / 2023, 16:26Prezident: Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir30 / 09 / 2023, 16:22Prezident Si Cinpini təbrik edib30 / 09 / 2023, 16:06Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb30 / 09 / 2023, 15:47Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar30 / 09 / 2023, 15:33İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub30 / 09 / 2023, 15:21
Bütün xəbərlər

Next TV