Hərbi İnstitutda elmi-praktik seminar və “Elmi Əsərlər” jurnalının təqdimatı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi İnstitutda elmi-praktik seminar və “Elmi Əsərlər” jurnalının təqdimatı keçirilib

Qafar Ağayev16:31 - 29 / 05 / 2023
Hərbi İnstitutda elmi-praktik seminar və “Elmi Əsərlər” jurnalının təqdimatı keçirilib

Heydər Əliyev adına Hərbi İnstitutda “Elmi məqalələrin yeni tələblərə uyğun yazılması və tərtib edilməsi” mövzusunda elmi-praktik seminar və “Elmi Əsərlər” jurnalının slayd-təqdimatı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, seminarda nazirliyin nümayəndələri və Hərbi İnstitutun zabit, professor-müəllim heyəti iştirak edib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Müdafiə Universitetinin rektoru general-leytenant, professor Heydər Piriyevin təbriki seminar iştirakçılarının və jurnalın redaksiya heyətinin diqqətinə çatdırılıb, tədbirin işinə və redaksiya heyətinə uğurlar arzulanıb.

Sonra “Elmi Əsərlər” jurnalının 2023-cü ilin 21-ci cildinin 1-ci sayının hazırlanması ilə bağlı görülmüş işlər, təqdim olunmuş məqalələrlə bağlı geniş hesabat məruzəsi dinlənilib. Seminarda elmi məqalələrin yeni tələblərə uyğun yazılması, tərtib edilməsi, mövcud norma və prinsiplər, müasir yanaşmanın tətbiqinin vacibliyi, bu istiqamətdə müəllifin əsas vəzifələrinin müəyyənləşməsi haqqında məlumatlar seminar iştirakçılarına geniş izah olunub.

Daha sonra Heydər Əliyev adına Hərbi İnstitutun “Elmi Əsərlər” jurnalının 2023-cü ilin 21-ci cildinin 1-ci nömrəsinin slayd-təqdimatı olub və jurnalın texniki xüsusiyyətləri, forma və məzmunu barədə məlumatlar verilib.

Çıxış edənlər seminarla və “Elmi Əsərlər” jurnalı ilə bağlı fikirlərini bölüşüb, müzakirələr aparıb, təklif və tövsiyələrini bildiriblər.

Paylaş:
277

Son xəbərlər

Azərbaycanlı tələbələrin 5 gündə çəkdiyi film Özbəkistanda 1-ci oldu: “Çətin idi, amma bacardıq” - FOTO01 / 10 / 2023, 22:14Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində01 / 10 / 2023, 16:00“Nar” şəbəkəsi Xankəndi şəhərində01 / 10 / 2023, 13:45Azərbaycanlı kinorejissor XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində üstad dərsi keçirib - FOTO30 / 09 / 2023, 23:06Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilib - FOTO30 / 09 / 2023, 22:33Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO30 / 09 / 2023, 18:24Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub30 / 09 / 2023, 18:12XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümu ilə bağlı bəyanat yayıb30 / 09 / 2023, 18:07Özbəkistanda TÜRKSOY-un tədbirində Qənirə Paşayeva anıldı: “Türk dünyası üçün böyük itkidir”30 / 09 / 2023, 17:56Bu gün Bakının 547 küçəsi yuyulub30 / 09 / 2023, 17:45Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB30 / 09 / 2023, 17:23Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir30 / 09 / 2023, 17:11“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib30 / 09 / 2023, 16:52Türkiyə XİN: “Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir”30 / 09 / 2023, 16:35Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib30 / 09 / 2023, 16:26Prezident: Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir30 / 09 / 2023, 16:22Prezident Si Cinpini təbrik edib30 / 09 / 2023, 16:06Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb30 / 09 / 2023, 15:47Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar30 / 09 / 2023, 15:33İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub30 / 09 / 2023, 15:21
Bütün xəbərlər

Next TV