Bir ailənin 3 üzvünün öldüyü yol qəzasının baş vermə səbəbi nədir? – ŞƏRH | 1news.az | Xəbərlər
Reportaj

Bir ailənin 3 üzvünün öldüyü yol qəzasının baş vermə səbəbi nədir? – ŞƏRH

Qafar Ağayev13:46 - 30 / 05 / 2023
Bir ailənin 3 üzvünün öldüyü yol qəzasının baş vermə səbəbi nədir? – ŞƏRH

Ötən gün Hövsan qəsəbəsində, şosenin Qum adası istiqamətində olan hissəsində baş verib.

“Nissan” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman 3 nəfər piyada qəfil yola çıxıb. Nəticədə ana, 3 yaşlı uşaq və nənəsi hadisə yerində dünyasını dəyişiblər.

Gündəlik məlumatlara baxsaq, ölümlə nəticələnən yol qəzalarının sayının çox olduğunu görərik. Qəsəbə sakinləri bu qəzanın baş verməsinin səbəbəni də küçə işıqlarının yanmamasında görürlər.

Bəs görəsən belə qəzaların baş verməsinə səbəb nədir?

Məsələ ilə bağlı 1news.az-a danışan Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib ki, hərəkət iştirakçıları məsuliyyətli olmaldır.

“Bu cür hadisələrin olmaması üçün sürücülərdən, piyadalardan, ümumilikdə bütün hərəkət iştirakçılarından bir daha yol hərəkəti qaydalarının həyatı əhəmiyyətli olmasını unutmamağı xahiş edirik. Kimlərinsə müxtəlif bəhanələrlə “bilmədim”, “görmədim”, “tələsirdim”, “yolumu daha yaxın etmək istəyirdim” kimi fikirləri nəticə etibarı ilə belə ağır hadisələrdən heç kimi sığortalamır. Hadisələr bir an içərisində baş verir, acı sonluğu da geri qaytarmaq mümkün olmur. Ona görə də vətəndaşlarımızın yol hərəkəti qaydalarına, təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etməsini biz yol polisi olaraq xahiş edirik”.

A.Əsgərli qeyd edib ki, günün qaranlıq saatlarında yol nəqliyyat hadisələri daha çox olur.

“Bunun da səbəbi görmə məhdudiyyətinin yaranmasıdır. Buna görədə bütün hərəkət iştirakçıları diqqətli olmaldır”.

“Yol hərəkət iştirakçılarının mümkün infrastrukturu düzgün qiymətləndirməməsi ağır nəticələrə səbəb olur” – deyə, o əlavə edib:

“Hövsanda baş verən ağır yol qəzasının düz piyada keçidinin yaxınlığında olduğunu müşahidə etdik. Bundan sonra deyiləcək heç bir söz hadisənin nəticəsini dəyişməyəcək. Sadəcə olaraq bir neçə pilləkəni yuxarı qalxaraq yolu təhlükəsiz keçmək lazım idi. Baş vermiş yol nəqliyyat hadisəsində ciddi şəkildə bir məsuliyyətsizlik var”.

Avtomobil üzrə ekspert Eldəniz Cəfərov deyib ki, Azərbaycanda qəzaların baş verməsi ilə bağlı araşdırarkən əsas 3 səbəb müəyyənləşdiriblər.

“Birinci odur ki, yol hərəkət iştirakçıları bilərəkdən qaydaları pozurlar, ikincisi yol infrastrukturun problematik olması - çala-çuxur, dağınıq olması idi, üçüncüsü isə köhnə avtomobillərdir. Yol infrastruktrunun zəif olması, işıqlandırmanın olmaması belə bir ağır nəticəyə gətirib çıxarır”.

Paylaş:
2415

Son xəbərlər

Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20
Bütün xəbərlər