Mehriban Vəliyeva: “Ekskursiyalar ilə bağlı məktəblərə təlimatlar göndərilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehriban Vəliyeva: “Ekskursiyalar ilə bağlı məktəblərə təlimatlar göndərilib”

Qafar Ağayev15:05 - 30 / 05 / 2023
Mehriban Vəliyeva: “Ekskursiyalar ilə bağlı məktəblərə təlimatlar göndərilib”

"Bütün təhsil müəssisələri məktəblilərin ekskursiyaları ilə bağlı təlimat göndərilib”

1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O, bildirib ki, səfərlər təlimatda qeyd olunan qaydalara uyğun olaraq təşkil olunmalıdır”.
"Ekskursiyaların təşkili ilə bağlı prosedur qaydalar var. Məktəblər həmin qaydalara uyğun ekskursiya həyata keçirə bilərlər. Bununla bağlı təlimat məktəblərə ötən il və bu tədris ilində də ötürülüb. Qaydalara görə mütləq valideynlərin razılıq ərizəsi olmalı və təşkilati tərəflər diqqətdə saxlanılmalıdır” .

M. Vəliyeva deyib ki, valideynlər ekskursiyaları öz təşəbbüsləri ilə həyata keçirəndə, idarə tərəfindən müdaxilə edilə bilmir".

Paylaş:
426

Son xəbərlər

Bütün xəbərlər