Ümummilli Liderin 100 illik yubileyi münasibətilə idman yarışları keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ümummilli Liderin 100 illik yubileyi münasibətilə idman yarışları keçirilib - VİDEO

Qafar Ağayev17:02 - 30 / 05 / 2023
Ümummilli Liderin 100 illik yubileyi münasibətilə idman yarışları keçirilib - VİDEO

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusunda keçirilən silsilə tədbirlər davam etdirilir.

1news.az xəbər verir ki, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndərin 100 illik yubileyi münasibətilə hərbi qulluqçular arasında yunan-Roma, sərbəst güləş və cüdo üzrə birincilik keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
İdman kompleksində keçirilən birincilikdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin bədən tərbiyəsi və idmanın da inkişafına xüsusi diqqət yetirməsindən, bu sahələrin inkişaf perspektivləri ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirməsindən danışıblar.
Gərgin mübarizə şəraitində keçən birincilikdə hərbi qulluqçular idmanın yunan-Roma, sərbəst güləş və cüdo növləri üzrə güclərini sınayıblar.
Yekunda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

Paylaş:
318

Son xəbərlər

Bütün xəbərlər