Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”

14:48 - 31 / 05 / 2023
Kamaləddin Qafarov: “Prezident İlham Əliyev Paşinyanı yenidən susdurdu”

“Azərbaycan özünün beynəlxalq mövqelərini möhkəmlətməkdə davam edir. Bu önəmli məqam mayın 25-də Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında bir daha özünü aşkar şəkildə göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin bu mötəbər beynəlxalq tədbirdə qonaq qismində iştirakı, eləcə də iclasın gedişində aparılan müzakirələr, səsləndirilən fikirlər Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərlə ölkəmiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu növbəti dəfə təsdiq etdi. Tədbirdə çıxış edən möhtərəm Prezidentimiz ali toplantıda təmsil olunan dövlətlərlə mövcud qarşılıqlı əlaqələr barədə ətraflı açıqlamalar verərək bildirdi ki, Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf edir”.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.

Millət vəkili deyib: ”Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşən Azərbaycan özünün nəqliyyat-logistika infrastrukturunun yenilənməsinə və təkmilləşdirilməsinə xüsusi diqqət verir, bu sahəyə böyük sərmayələr yatırılır. Hazırda ölkəmizin bütün istiqamətlərdə daşımaları həyata keçirmək üçün geniş imkanları var və bu imkanlar getdikcə artır. Dünya okeanına birbaşa çıxışı olmayan Azərbaycan Şərq-Qərb istiqamətində Xəzər üzərindən daşımaların həyata keçirilməsində əsas rollardan birini oynayır. Ölkəmiz hazırda Xəzər dənizində 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı isə yaxın vaxtlarda modernləşdiriləcək və yükdaşımaların həcmi 25 milyon tona çatacaq. Bundan başqa, Azərbaycan illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Bu gün ölkədə 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Bir məqamı da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Moskva toplantısında da Azərbaycanın hər zaman təkcə özünün deyil, həmçinin bütün region ölkələrinin və qonşu dövlətlərin də xalqlarının maraqlarına cavab verən təşəbbüslərlə çıxış etdiyini bir daha diqqət mərkəzinə çəkdi. Qeyd olundu ki, Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və eyni zamanda da beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olmaqla bütün regionun sürətli inkişafına səbəb olacaq Zəngəzur nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünün də müəllifidir.”

Deputat xüsusi olaraq vurğulayıb ki, hazırda yaranmış vəziyyət Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması üçün kifayət qədər əlverişli ola bilər:

“Cənab Prezident İlham Əliyevin çıxışında diqqəti çəkən ən vacib məqamlardan biri də bu oldu ki, dövlətimizin başçısı sülh gündəliyinin hələ də öz aktuallığını qoruduğunu və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanların mövcud olduğunu vurğuladı. Təəssüflər olsun ki, Ermənistanın baş naziri bu dəfə də ölkəmizin ünvanına müəyyən absurd ittihamlar səsləndirməklə rəsmi İrəvanın Cənubi Qafqazda dayanıqlı sülhə nail olunmasına qarşı olduğuna dair əsaslı şübhələrə yol açmış oldu. Azərbaycanın guya Laçın-Xankəndi yolunu bağladığını iddia edən Paşinyan ölkəmizin Ermənistanla sərhəddində nəzarət-buraxılış məntəqəsi qoymaq kimi beynəlxalq qaydalara tamamilə uyğun olan hüququnu mübahisələndirməyə çalışıb. Bundan başqa, Ermənistanın baş naziri Azərbaycan Prezidentinin öz çıxışında Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərini ifadə etmək üçün işlətdiyi “dəhliz” sözünü təhrif etməyə çalışaraq, ölkəmizə qarşı daha absurd bir ittiham irəli sürüb. Paşinyan tədbir iştirakçılarını inandırmağa çalışıb ki, Azərbaycanın Ermənistana qarşı hansısa ərazi iddiaları var. Əlbəttə ki, bütün bu cəfəng ittihamlar cənab Prezident İlham Əliyevin məntiqli və sərrast cavabları ilə dərhal heçə endirildi və Paşinyanın yeganə nail olduğu məqam özünü növbəti dəfə qınaq və gülüş hədəfinə çevirməsi oldu. Lakin bütün bunlara rəğmən, Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması sülh sazişinə nail olmaq üçün imkanların mövcud olduğunu deməyə əsas verir. Bu məsələnin həllində Rusiya amili də mühüm rol oynaya bilər. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev də öz çıxışında Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində Rusiyanın səylərinin önəmli olduğunu qeyd etdi”.

Paylaş:
223

Son xəbərlər

Azərbaycanlı tələbələrin 5 gündə çəkdiyi film Özbəkistanda 1-ci oldu: “Çətin idi, amma bacardıq” - FOTO01 / 10 / 2023, 22:14Azərbaycanın ən sürətli şəbəkəsi indi Xankəndi şəhərində01 / 10 / 2023, 16:00“Nar” şəbəkəsi Xankəndi şəhərində01 / 10 / 2023, 13:45Azərbaycanlı kinorejissor XV Daşkənd Beynəlxalq Film Festivalı çərçivəsində üstad dərsi keçirib - FOTO30 / 09 / 2023, 23:06Xankəndiyə 7 təcili tibbi yardım avtomobili göndərilib - FOTO30 / 09 / 2023, 22:33Ötən gün Daşkənd Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib - FOTO30 / 09 / 2023, 18:24Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub30 / 09 / 2023, 18:12XİN erməni radikal qruplaşmalarının ABŞ-də konfrans iştirakçılarına hücümu ilə bağlı bəyanat yayıb30 / 09 / 2023, 18:07Özbəkistanda TÜRKSOY-un tədbirində Qənirə Paşayeva anıldı: “Türk dünyası üçün böyük itkidir”30 / 09 / 2023, 17:56Bu gün Bakının 547 küçəsi yuyulub30 / 09 / 2023, 17:45Mingəçevirdə tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub - YENİLƏNİB30 / 09 / 2023, 17:23Tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir30 / 09 / 2023, 17:11“Qarabağ” İsveç klubu ilə oyun üçün azarkeşlərə müraciət edib30 / 09 / 2023, 16:52Türkiyə XİN: “Ölkəmizi və Azərbaycanı hədəf seçən radikal erməni diasporunun fəaliyyəti narahatedicidir”30 / 09 / 2023, 16:35Cəbrayıl Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi istifadəyə verilib30 / 09 / 2023, 16:26Prezident: Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir30 / 09 / 2023, 16:22Prezident Si Cinpini təbrik edib30 / 09 / 2023, 16:06Su hövzələrinin və onlardakı biomüxtəlifliyin monitorinqinə həsr edilmiş layihə yekunlaşıb30 / 09 / 2023, 15:47Separatçı qurumun təmsilçiləri DTX-nin istintaq təcridxanasına etap olunublar30 / 09 / 2023, 15:33İrandan Azərbaycana 60 kiloqram narkotik vasitə gətirən narkobaronlar tutulub30 / 09 / 2023, 15:21
Bütün xəbərlər

Next TV