“Miss Azərbaycan 2017” Razi Əliyeva şiddət göstərdi: “Mənə bıçaqla işgəncə verdi...” - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Miss Azərbaycan 2017” Razi Əliyeva şiddət göstərdi: “Mənə bıçaqla işgəncə verdi...” - FOTO - VİDEO

11:18 - 31 / 05 / 2023
“Miss Azərbaycan 2017” Razi Əliyeva şiddət göstərdi: “Mənə bıçaqla işgəncə verdi...” - FOTO - VİDEO

“Miss Azərbaycan 2017” gözəllik yarışının qalibi model Razi Əliyeva sevgilisi Ziya Hüseynzadədən şikayətçidir.

1news.az xəbər verir ki, o bu barədə instaqramda paylaşım edib.

R.Əliyeva son bir il ərzində başına gələnləri yazıb: “Adsız bir nömrədən gələn bir ismarışa görə məni döyürdü. Gedib aydınlaşdırırdı, məlum olurdu ki, günahkar deyiləm və üzr istəyirdi. Telefonumu əlimdən alırdı və hamı ilə mənim adımdan yazışırdı ki, kiminləsə danışıb-danışmadığımı öyrənsin, eyni zamanda, bu gün üçün material hazırlayırdı. Sonra isə hər şeyi silirdi ki, görməyim. Bütün şəkillərimi özünə göndərirdi ki, sonra məni şantaj etsin. Məni evdə bağlayırdı ki, ondan qaça bilməyim. Sutkalarla döyürdü, bıçaqla işgəncə verirdi, sonra duşa aparıb bütün qanı və öz izlərini yuyurdu. O məni hər şeyə görə döyürdü. Mən isə ondan qaça bilmirdim.

Ondan qorxurdum. Qorxurdum ki, kimsə bu haqda öyrənər. Qorxurdum ki, anam bilsə, halı pisləşəcək. O, gizli şəkildə başqası ilə nikaha girib, sonra üç dəfə mənə evlilik təklif edib. Sonuncu dəfə anamın yanına qaçmışdım, o isə gəlib qapımızı sındırdı. Gəlib təhdid və şantaj edirdi ki, əgər geri qayıtmasam, məni biabır edəcək və bütün həyatımı korlayacaq. Mənim yerimə başqası olsaydı, çoxdan özünü asardı. Və əgər mənim, anamın və yaxınlarımın başına nəsə gəlsə, bilin ki, bunun günahkarı odur”.

Model paylaşımında Daxili İşlər Nazirliyinin (DİN) rəsmi instaqram hesabını işarələyib.

Bundan başqa, R. Əliyevanın görüntüləri, yazışmaları, şəxsi fotoları paylaşılan TikTok səhifəsi açılıb. İddia olunur ki, təqdim olunan mesajlar Raziyə məxsusdur və o, sevgilisinə xəyanət edib. Həmin hesabın ifşa məqsədilə Ziya Hüseynzadə tərəfindən açıldığı deyilir.

Bildirilib ki, Razi Əliyevanın şikayəti ilə bağlı araşdırma aparılır.

Paylaş:
1044

Son xəbərlər

Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıbBu gün, 12:21Azərbaycanlı tələbələr beynəlxalq film festivalının qalibləri olduBu gün, 12:11İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıbBu gün, 12:05AQTA qeydiyyatdan keçməyən daşınma şirkətlərinə xəbərdarlıq edibBu gün, 11:56Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirirBu gün, 11:52İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdikBu gün, 11:47Deputatlar şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblərBu gün, 11:43Milli Məclisin iclasında Qənirə Paşayeva və Madər Musayevin xatirələri yad edilibBu gün, 11:42Prezident 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - YENİLƏNİBBu gün, 11:37Prezident: Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edirBu gün, 11:30Milli Dram Teatrı oktyabr repertuarını açıqlayıbBu gün, 11:28Prezident: Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edirBu gün, 11:13Ahıllar və kimsəsiz uşaqlar bir yerdə - FOTO - VİDEOBu gün, 11:11Vətəndaşların 20 min manata yaxın pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:07Prezident: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin inkişafına töhfə verəcəkBu gün, 10:58Nyu-York birjasında təbii qaz ucuzlaşıbBu gün, 10:42Vaqif Xaçatryanın barəsindəki istintaq başa çatıb, məhkəmə başlayırBu gün, 10:39“Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı”Bu gün, 10:32Kamaləddin Qafarov: “ Zəngilan forumu həm də mühüm siyasi hadisədir”Bu gün, 10:22Şəkidə sirkə turşusu içən 85 yaşlı kişi ölübBu gün, 10:21
Bütün xəbərlər

Next TV