“Unudulmaqda olan uşaq oyunları” festivalı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Unudulmaqda olan uşaq oyunları” festivalı keçirilib - FOTO

Qafar Ağayev17:12 - 01 / 06 / 2023
“Unudulmaqda olan uşaq oyunları” festivalı keçirilib - FOTO

İyunun 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Xəzər Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Unudulmaqda olan uşaq oyunları” festivalı keçirilib.

1news.az xəbər verir ki, tədbirə şəhid ailələrinin, Vətən müharibəsi qazilərinin övladları və digər həssas kateqoriyadan olan uşaqlar da daxil olmaqla, ümumilikdə 500-ə yaxın iştirakçı qatılıb. Festivala gələn uşaqlar Azərbaycan xalqının folklor nümunəsi kimi illərin sınağından keçərək yaşadılan, xalqımızın milli yaddaşını özündə əks etdirən “Bənövşə”, “Dəsmal aldı, qaç”, “Ənzəli”, “Çiləmə”, “Əl üstə kimin əli”, “Xan-vəzir” kimi oyunların mənşəyi və məzmunu barədə daha ətraflı məlumat alıb, həmçinin həmin oyunlarda iştirak ediblər.

Tədbirdə fərdi qaydada oynanan 5 oyun üzrə yarış da təşkil edilib. “Beş Daş”, “Dəyirman”, “Usta-şagird”, “Çilingağac” və “Fincan-fincan” oyunları üzrə keçirilən yarışlarda uğur qazanan ilk 3 yerin qalibləri mükafatlandırılıb.

Dəqiq yaranma tarixi məlum olmayan bu oyunlar xalqımızın müxtəlif dövrlərdə mövcud olan adət-ənənələrini, etnoqrafiyasını, məişətinin fərqli cəhətlərini, əyləncə dünyasını özündə yaşadan qədim folklor janrlardandır.
Tədbir boyu davam edən əyləncəli proqram uşaqlara bayram əhval-ruhiyyəsi bəxş edərək, onların gününə əlavə rəng qatıb.

Festivalın təşkilinə RİİB və "Qoru" Gənclər Təşəbbüs Qrupunun könüllüləri yaxından dəstək veriblər.
Qeyd edək ki, festival unudulmaqda olan uşaq oyunlarının təşviqi, yaşadılması və gələcək nəsillərə ötürülməsi, eyni zamanda uşaqlara iradə, mübarizə əzmi, özünə inam və bu kimi şəxsi keyfiyyətlərin, humanist dəyərlərin təlqin edilməsi məqsədilə keçirilib.

Paylaş:
292

Son xəbərlər

Builki bayram günlərində ötən il ilə müqayisədə yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53
Bütün xəbərlər