NATO nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib - FOTO
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi (ITPP/PARP) proqramları çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə NATO-nun bu proqram üzrə ekspertləri arasında ikitərəfli işçi görüşü keçirilib.
Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov görüşdə qonaqları salamlayaraq Azərbaycan və NATO arasında əlaqələrin inkişaf etdiyini, eləcə də Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.
Görüşdə təcrübə mübadiləsi baxımından bu cür tədbirlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti xüsusi vurğulanıb.
Sonda ikitərəfli əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.