DYP əməkdaşlarının iştirakı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlarla 1 gün - FOTO

Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla 1 gün" adlı tədbir keçirilib.
Dənizkənarı Bulvarda keçirilən tədbirdə millət vəkili Vüqar İsgəndərov, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, Bakı şəhəri Gənclər və idman idarəsinin rəisi Raqif Abbasov, əməkdar artist Bəhram Bağırzadə və valideynlər iştirak ediblər.
Daha sonra musiqi sədaları altında rəqs edən xüsusi qayğıya ehtiyacı olan uşaqlar, həmçinin müxtəlif idman növləri üzrə bacarıqlarını nümayiş etdiriblər. Bundan əlavə, iştirakçılar uşaqların hazırladığı əl işləri ilə tanış olub, onların fəaliyyətlərini yaxından tanış olublar. Sonda sponsoıar tərəfindən uşaqlar üçün hədiyyələr paylanılıb.
Qeyd edək ki, tədbir "Paşa Holdinq", "Dənizkənarı Bulvar İdarəsi", "Baş Dövlət Yol Polisi İdarəsi", "Azərçay", "İdman TV", "Könüllü Dost", "Mcdonalds", "Vertera", "Azfest Group" və "ADMEDİA"nın dəstəyi ilə həyata keçirilib.




