“SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib - FOTO - VİDEO

11:20 - 01 / 06 / 2023
“SOCAR” brendli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib - FOTO - VİDEO

Mingəçevir şəhərində SOCAR brendli yeni yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

İlk öncə “SOCAR PETROLEUM” QSC-nin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Mingəçevir şəhərinin mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

Daha sonra yeni YDS-in açılış mərasimi baş tutub. Açılış tədbirində “SOCAR PETROLEUM” QSC-nin nümayəndələri ilə yanaşı, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nəzdində olan Azərbaycan Standartlaşdırma İnstitutunun və “Kapital Bank”ın nümayəndələri iştirak ediblər.

Açılış mərasimi müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Yeni YDS-in “Heydər Əliyev İli” çərçivəsində istifadəyə verilən sayca 5-ci YDS olduğu bildirilib.

Mingəçevir şəhərinin sənaye və iqtisadi potensialından bəhs edilən tədbirdə SOCAR brendli YDS şəbəkəsinin aktiv şəkildə genişləndiyi vurğulanıb. Bu xüsusda yeni YDS-lərin ölkədə məşğulluq səviyyəsinin artırılmasına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına töhfə verdiyi, yeni YDS-də 25 yeni iş yerinin yaradıldığı qeyd edilib.

Həmçinin Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndəsi çıxış edərək bildirib ki, “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma stansiyalarından götürülən nümunələrin sınaq nəticələri müvafiq standartların tələblərinə cavab verdiyi təqdirdə həmin məntəqəyə İnstitutunun keyfiyyət nişanı təqdim olunur. Keyfiyyət nişanı məhsulun, xidmətin keyfiyyətli olmasını və standartlara uyğunluğunu təsdiq edir. Qeyd edək ki, “SOCAR PETROLEUM”a məxsus yeni stansiyaya də keyfiyyət nişanı təqdim edilib. Bu isə öz növbəsində təsdiq edir ki, YDS-də satılan yanacaqlar yoxlanılıb və standarta uyğunluğu təsdiqlənib. Keyfiyyət nişanı yanacaqdoldurma məntəqələrində müəyyən olunmuş yerlərə vurulur ki, müştərilər rahatlıqla bu nişanı görə və keyfiyyətli yanacaqdan istifadə edə bilsinlər.

Şəhərin Heydər Əliyev prospektində istifadəyə verilən, 4 yanacaqpaylayıcı kalonkanın quraşdırıldığı və nağdsız satış üçün POS-terminalların fəaliyyət göstərəcəyi YDS-də “Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının satışı həyata keçiriləcək. Qeyd edək ki,Birbank və Visa kartları ilə ödəniş edən müştərilər 5 % keşbek qazanacaqlar.

Mingəçevirdə istifadəyə verilən YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli YDS-lərin sayı 49-a yüksəlib. Hazırda YDS-lərdən 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərir. “SOCAR” brendli YDS-lərdə müştərilər üçün bir sıra üstünlüklər, o cümlədən yanacağın həcm dəqiqliyinin yoxlanılması imkanı mövcuddur.

“SOCAR PETROLEUM” QSC-nin strateji inkişaf planına uyğun olaraq, gələcəkdə ölkə ərazisində müasir standartlara cavab verən SOCAR brendli YDS-lərin sayının artımı nəzərdə tutulur.

Paylaş:
475

Son xəbərlər

Aİ Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası məsələsində irəliləyiş gözləyirBu gün, 17:50On bir heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıbBu gün, 17:45“Xəzri-2023”: Azərbaycan və Qazaxıstan hərbi gəmiləri ilə birgə tapşırıqlar icra ediblərBu gün, 17:39Qarabağda yayım üçün bir TV və bir radioya lisenziya verilibBu gün, 17:31Nazirlik Müəllimlər Günü ilə bağlı valideynlərə müraciət ünvanlayıbBu gün, 17:17Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşübBu gün, 16:56Azərbaycan incəsənət ustaları Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında iştirak ediblərBu gün, 16:37Azərbaycan Respublikasının Kino Agentliyi film layihələri müsabiqəsinin 1-ci mərhələsinə yekun vurduBu gün, 16:33Baş Prokurorluq: Məhkəmə İranda Azərbaycan səfirliyində terror törədən şəxs barəsində yekun qərar verməyibBu gün, 16:16Silk Way West Airlines-ın ilk Boeing 777F təyyarəsi Sietldən Bakıya uçacaqBu gün, 16:00Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü İlham Əliyevi təbrik edibBu gün, 15:56Neftçalanın su təchizatının yaxşılaşdırılması layihəsinin I mərhələsi yekunlaşıbBu gün, 15:41İmişlidə yol tikintisinə 15,8 milyon manat ayrılıb - SƏRƏNCAMBu gün, 15:29Məşhur Məmmədov “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 15:28Bu gün Milli Qəhrəman Yuri Kovalyovun şəhid olduğu gündürBu gün, 15:17Aİ lideri erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıbBu gün, 14:59DYP piyadalara müraciət edibBu gün, 14:51Viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanıldı - VİDEOBu gün, 14:37Suqovuşan və Talışın işğaldan azad edilməsindən üç il ötürBu gün, 14:22Bu gün Milli Qəhrəman Əliyar Əliyevin şəhadətə ucaldığı gündürBu gün, 14:10
Bütün xəbərlər

Next TV