UNFPA-nın kampaniyası reklam dünyasına səs saldı! - FOTO - VİDEO

Gender bərabərsizliyi ölkəmizdə demək olar ki, hər sahədə mövcuddur.
Lakin göz qabağında olan, dəyər kimi təbliğ edilən, əslində isə zərərli sosial normaları təşviq edən sahələrdən biri də reklamlardır. Əfsuslar olsun ki, uzun illərdir Azərbaycanda çəkilən reklamlarda dəyişilməz stereotiplər mövcuddur. Məsələn, evi ancaq qadın təmizləyir, yeməyi qadın bişirir, uşağa ana qayğı göstərir və s. Bu cür stereotiplərlə dolu reklamlar kiçikdən böyüyə hər kəs tərəfindən mütəmadi izlənilir və cəmiyyətdə zərərli gender normalarının və ayrı-seçkiliyin daha da güclənməsinə rəvac verir.
Bununla bağlı olaraq, BMT-nin Əhali Fondu (UNFPA) Avropa İttifaqının dəstəyi ilə reklamlarda mövcud olan gender stereotipləri və ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş kreativ kampaniya həyata keçirib. “Reklamlarda Stereotiplərə Son / Breaking The Ads” adı altında keçirilən kampaniya çərçivəsində hazırlanmış xəyali reklamlarda ənənəvi olaraq qadınların üzərinə yüklənən yemək hazırlama, qab yuma, uşağa qulluq kimi məişət işlərini yerinə yetirən baş obraz rolunda kişilər yer alır.
Bu reklamlar 3 xəyali məhsul əsasında hazırlanıb. “Parıltı” qabyuyan mayeləri, “Kəndsayağı” kərə yağı və “Layla” uşaq bezləri kimi adlandırılan bu məhsullar 3 reklam posteri və 3 videoçarx vasitəsilə təqdim olunub. Hər 3 reklamda baş rolda çəkilmiş kişilərin qab yumaq, yemək bişirmək və uşağın bezini dəyişdirmək kimi məişət öhdəliklərinin yalnız qadınlara aid olmadığını öz timsalında nümayiş etdirməsi ilə gender bərabərliyinin həyat tərzinə çevrilməsinin zəruriliyi mesajı ötürülür.
Tipik reklamlar üçün səciyyəvi olan ənənəvi gender rollarını dəyişdirən sözügedən kampaniya ölkənin reklam sektorunda və geniş ictimaiyyət arasında müzakirələrə səbəb olub. Kampaniyaya sosial şəbəkələrdə bir çox tanınmış şəxslər və populyar səhifələr dəstək olub, markaları və reklamçıları reklam sənayesində gender stereotpiləri və ayrı-seçkiliklə mübarizəyə səsləyiblər.
Kampaniya Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyi tərəfindən birgə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirilib.
Reklam hüququnda