Evdən 5500 manatlıq qızıl-zinət əşyaları oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Evdən 5500 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

12:58 - 01 / 06 / 2023
Evdən 5500 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Ələt qəsəbəsində evdən 5500 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ələt qəsəbəsindəki evlərin birindən 5500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Camal Nurəliyev və Taleh Zairov müəyyən olunaraq saxlanılıblar.

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər