Nazir: İş yerlərinin açılması məsələsi dövlətin üzərində olmamalıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: İş yerlərinin açılması məsələsi dövlətin üzərində olmamalıdır

13:57 - 02 / 06 / 2023
Nazir: İş yerlərinin açılması məsələsi dövlətin üzərində olmamalıdır

“İşsizliyin tam həlli uzun prosesdir. İxtisaslı işçi qüvvəsinin yetişdirilməsi önəmli çağırışlardan biridir”.

1news.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, eyni zamanda iş yerləri ilə bağlı da problemlər var: “Yeni iş yerləri də yaradılmalıdır. İş yerlərinin açılması ilə paralel isə ixtisaslı işçi qüvvəsinin də yaradılması lazımdır. Regionlarda bu problem daha böyükdür. İş yerlərinin açılması məsələsi dövlətin üzərində olmamalıdır. Dövlət çox böyük bir yükü davamlı olaraq öz üzərinə çəkməli deyil”.

Paylaş:
228

Son xəbərlər

Abşeronda sex yanır

Bu gün, 13:36
Bütün xəbərlər