Qubadlıda batan avtomobildə qalan şəxslərə köməklik göstərilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubadlıda batan avtomobildə qalan şəxslərə köməklik göstərilib - FOTO

14:26 - 03 / 06 / 2023
Qubadlıda batan avtomobildə qalan şəxslərə köməklik göstərilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qubadlı rayonunun Məlikməmmədli kəndi ərazisində vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a qurumdan məlumat verilib.

Hadisə yerinə dərhal FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Hyundai" markalı minik avtomobili torpaq yolda hərəkətdə olarkən batıb və iki nəfər köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrindən istifadə olunmaqla avtomobil çıxarılaraq vətəndaşlara müvafiq köməklik göstərilib.

Paylaş:
561

Son xəbərlər

Bütün xəbərlər