Sevgilisi tərəfindən döyülən model yeni faktları açıqladı - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Sevgilisi tərəfindən döyülən model yeni faktları açıqladı - FOTO

14:39 - 03 / 06 / 2023
Sevgilisi tərəfindən döyülən model yeni faktları açıqladı - FOTO

Sevgilisi tərəfindən döyülən model Razi Əliyeva başına gələnləri instaqram hesabında paylaşıb.

1news.az xəbər verir ki, o, sevgilisi Ziya Hüseynzadə tərəfindən işgəncələrə məruz qaldığını iddia etməklə yanaşı, onunla münasibətdə olduğu dönəmdə baş verənləri bölüşüb:

“Çox təəssüf ki, mənim yaşadığım cəhənnəmin şahidi oldunuz. İndi sizə hər şeyi şərh etməyi özümə borc bilirəm”.

Əvvəla onu bildirmək istəyirəm ki, mən münasibətimi subay və ilk baxışdan normal oğlanla başlamışdım. Heç kim münasibətin əvvəlində insanın nə cür olduğunu bilə bilməz. O, məni döyməyə, təhqir etməyə, işgəncə verməyə, alçaltmağa başlayandan sonra həmişə ayrılmağa çalışmışam, lakin cəhdlərim onun tərəfindən mənə olunan şantaj və hədə-qorxu ilə bitirdi.

O mənə bıçaqla işgəncə verirdi, 13-cü mərtəbənin pəncərəsindən aşağı atmağa cəhd edirdi, huşumu itirəcək qədər boğurdu və ölümünə döyürdü. Yaydığı videoda dediyim sözləri məni məcbur işgəncə verərək dedizdirib ki, sonra bu video ilə məni şantaj edib yanında saxlasın. Telefonumu əlimdən alaraq məni evə bağlayırdı, mənim adımdam fərqli insanlarla özü yazışırdı ki, növbəti şantajlar üçün əlində nələrsə olsun.

Məni tanıyanlar narkotik vasitədən istifadə etmədiyimi təsdiq edə bilər. Lazım olan bütün analizləri verməyə hazıram. Şəkildə düşən isə özünə məxsus idi və fotonu İspaniyada çəkmişdi.

Mən evli biri ilə görüşmürdüm. Dekabr ayında etdiyi evliliyi və yanvarda boşanmağa verdiyini gizlədirdi. Onun evli olduğunu məni sonuncu dəfə boğduğu və döydüyü gün bilib evdən yenidən anamın yanına qaçmışam.

Bəli, mən abort etmişəm, amma 12 dəfə yox. Abortu ondan etmişdim və heç də peşman deyiləm. Çünki onun kimi ikincisini dünyaya heç vaxt gətirmərəm. Belə pisəmsə, niyə uşağı saxlamağa yalvarırdı? Niyə evlənmək təklif edirdi? Niyə valideynləri ilə tanış edirdi?”

Qeyd edək ki, Z.Hüseynzadənin cinayət törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən iyunun 1-u həbs edilib. O, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham olunur.

Paylaş:
1388

Son xəbərlər

Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşübBu gün, 16:56Azərbaycan incəsənət ustaları Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında iştirak ediblərBu gün, 16:37Azərbaycan Respublikasının Kino Agentliyi film layihələri müsabiqəsinin 1-ci mərhələsinə yekun vurduBu gün, 16:33Baş Prokurorluq: Məhkəmə İranda Azərbaycan səfirliyində terror törədən şəxs barəsində yekun qərar verməyibBu gün, 16:16Silk Way West Airlines-ın ilk Boeing 777F təyyarəsi Sietldən Bakıya uçacaqBu gün, 16:00Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü İlham Əliyevi təbrik edibBu gün, 15:56Neftçalanın su təchizatının yaxşılaşdırılması layihəsinin I mərhələsi yekunlaşıbBu gün, 15:41İmişlidə yol tikintisinə 15,8 milyon manat ayrılıb - SƏRƏNCAMBu gün, 15:29Məşhur Məmmədov “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 15:28Bu gün Milli Qəhrəman Yuri Kovalyovun şəhid olduğu gündürBu gün, 15:17Aİ lideri erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıbBu gün, 14:59DYP piyadalara müraciət edibBu gün, 14:51Viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanıldı - VİDEOBu gün, 14:37Suqovuşan və Talışın işğaldan azad edilməsindən üç il ötürBu gün, 14:22Bu gün Milli Qəhrəman Əliyar Əliyevin şəhadətə ucaldığı gündürBu gün, 14:10Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırırBu gün, 13:57Fizika üzrə Nobel mükafatının qalibi açıqlanıbBu gün, 13:52Azərbaycan XİN Almaniya, İraq və Koreyanı təbrik edibBu gün, 13:40XİN: Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya etməkdə qərarlıdırBu gün, 13:34Sabah hava necə olacaq? - PROQNOZBu gün, 13:20
Bütün xəbərlər

Next TV