Neftçalada içməli su və kanalizasiyaların yenidən qurulmasına başlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada içməli su və kanalizasiyaların yenidən qurulmasına başlanılıb - FOTO

Qafar Ağayev15:21 - 03 / 06 / 2023
Neftçalada içməli su və kanalizasiyaların yenidən qurulmasına başlanılıb - FOTO

Neftçala şəhərində magistral kəmərlərin inşası ilə paralel olaraq Neftçala şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulmasına başlanılıb və mərhələlərlə davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin sədr müavini İlqar Tağıyev bildirib.

“Şəhərin su təchizatında dayanıqlığın təmin olunması, həmçinin içməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin layihəsi əsasında Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 38 km uzunluğunda ikinci magistral su kəməri çəkilib və 2023-cü ilin may ayında istismara verilib. Bu kəmərlərdən perspektiv inkişaf nəzərə alınmaqla Neftçala şəhəri, kənd və qəsəbələrin 80 mindən artıq sakini faydalanacaq” .

İ. Tağıyev bildirib ki, indiyə qədər layihədə nəzərdə tutulan 144 km içməli su şəbəkəsinin 140 km-lik hissəsi yekunlaşıb.

“Yeni şəbəkədən ünvanlara ev birləşmələri verilib, sayğaclar quraşdırılıb. Eyni zamanda Neftçala şəhərində 140 km layihələndirilən kanalizasiya şəbəkəsinin 10 km-lik hissəsi inşa edilib, işlər davam etdirilir. Eyni zamanda Bankə qəsəbəsində 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb. Layihə çərçivəsində gələcəkdə 8,6 km kanalizasiya kollektoru, tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək", - deyə o qeyd edib.

Sədr müavini bildirib ki, layihə çərçivəsində gələcəkdə 8,6 km kanalizasiya kollektoru və tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək.

FOTO: Nadir İbrahimli

Paylaş:
321

Son xəbərlər

“Rəqəmsal xəbərlərin oxunaqlılığının artırılması üçün müasir strategiyalar” layihəsinin açılış mərasimi olub - FOTOBu gün, 18:46Sevinc Fətəliyeva: Ölkəmiz özünün yeni inkişaf paradiqmalarını müəyyənləşdirib ki, kosmik sahə də bu sırada yer alırBu gün, 18:42Aİ Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası məsələsində irəliləyiş gözləyirBu gün, 17:50On bir heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıbBu gün, 17:45“Xəzri-2023”: Azərbaycan və Qazaxıstan hərbi gəmiləri ilə birgə tapşırıqlar icra ediblərBu gün, 17:39Qarabağda yayım üçün bir TV və bir radioya lisenziya verilibBu gün, 17:31Nazirlik Müəllimlər Günü ilə bağlı valideynlərə müraciət ünvanlayıbBu gün, 17:17Ceyhun Bayramov ICESCO-nun baş direktoru ilə görüşübBu gün, 16:56Azərbaycan incəsənət ustaları Polşada keçirilən 61-ci Bıdqoşç Musiqi Festivalında iştirak ediblərBu gün, 16:37Azərbaycan Respublikasının Kino Agentliyi film layihələri müsabiqəsinin 1-ci mərhələsinə yekun vurduBu gün, 16:33Baş Prokurorluq: Məhkəmə İranda Azərbaycan səfirliyində terror törədən şəxs barəsində yekun qərar verməyibBu gün, 16:16Silk Way West Airlines-ın ilk Boeing 777F təyyarəsi Sietldən Bakıya uçacaqBu gün, 16:00Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü İlham Əliyevi təbrik edibBu gün, 15:56Neftçalanın su təchizatının yaxşılaşdırılması layihəsinin I mərhələsi yekunlaşıbBu gün, 15:41İmişlidə yol tikintisinə 15,8 milyon manat ayrılıb - SƏRƏNCAMBu gün, 15:29Məşhur Məmmədov “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 15:28Bu gün Milli Qəhrəman Yuri Kovalyovun şəhid olduğu gündürBu gün, 15:17Aİ lideri erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə adlandırmayıbBu gün, 14:59DYP piyadalara müraciət edibBu gün, 14:51Viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanıldı - VİDEOBu gün, 14:37
Bütün xəbərlər

Next TV