DİM: Xarici dil imtahanı verən iddiaçılar buraxılış vərəqəsini çap edə bilərlər

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçılar xarici dillər üzrə imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Xatırladaq ki, DİM iyunun 11-də namizədlərin xarici dillər üzrə doktoranturaya qəbul və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı, iyunun 12-də isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirəcək.
Namizədlər və iddiaçılar “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytındakı linkdən çap edə bilərlər.
293