ƏƏSMN-in satışa çıxardığı mənzillərin 200-ə yaxını satılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

ƏƏSMN-in satışa çıxardığı mənzillərin 200-ə yaxını satılıb

Qafar Ağayev15:51 - 06 / 06 / 2023
ƏƏSMN-in satışa çıxardığı mənzillərin 200-ə yaxını satılıb

Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron, Samux rayonlarında yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin ms.sosial.gov.az portalı üzərindən onlayn satışı davam edir.

1news.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən mənzillərdən artıq 200-ə yaxını satılıb.

Mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb və mənzillər sahiblərinə təqdim olunub.

Hazırda 1400-dən çox mənzilin ms.sosial.gov.az portalı üzərindən bron edilməsi və bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir.

Mənzillərdən maksimum 3 mənzili bron etmək imkanı verilir.

Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron rayonunda (“Stansiya Sumqayıt” kimi tanınan ərazi) və Samux rayonunda yeni binalarda yerləşən həmin mənzillər hər biri çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb.

Mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.

Paylaş:
165

Son xəbərlər

Veysəloğlu Şirkətlər Qrupu regional fəaliyyətini genişləndirirBu gün, 11:52İlham Əliyev: Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdikBu gün, 11:47Deputatlar şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblərBu gün, 11:43Milli Məclisin iclasında Qənirə Paşayeva və Madər Musayevin xatirələri yad edilibBu gün, 11:42Prezident 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxış edib - YENİLƏNİBBu gün, 11:37Prezident: Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edirBu gün, 11:30Milli Dram Teatrı oktyabr repertuarını açıqlayıbBu gün, 11:28Prezident: Avropa İnstitutları ilə əməkdaşlığımız uğurla inkişaf edirBu gün, 11:13Ahıllar və kimsəsiz uşaqlar bir yerdə - FOTO - VİDEOBu gün, 11:11Vətəndaşların 20 min manata yaxın pulunu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:07Prezident: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin inkişafına töhfə verəcəkBu gün, 10:58Nyu-York birjasında təbii qaz ucuzlaşıbBu gün, 10:42Vaqif Xaçatryanın barəsindəki istintaq başa çatıb, məhkəmə başlayırBu gün, 10:39“Heydər Əliyevin təcrübəli və müdrik siyasəti sayəsində qısa müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yarandı”Bu gün, 10:32Kamaləddin Qafarov: “ Zəngilan forumu həm də mühüm siyasi hadisədir”Bu gün, 10:22Şəkidə sirkə turşusu içən 85 yaşlı kişi ölübBu gün, 10:21İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlərBu gün, 10:17Bakıda Ümumdünya Məskunlaşma Günü öz işinə başlayıbBu gün, 10:15Azərbaycan nefti ötən həftə 101 dollardan aşağı enibBu gün, 10:01Azərbaycanca bilir, tarda “Bayatı-Şiraz”ı ifa edir - Avstraliyalı musiqiçi ilə MÜSAHİBƏBu gün, 10:00
Bütün xəbərlər

Next TV