Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıb

09:09 - 06 / 06 / 2023
Abşeronda kişi almaq istədiyi evin 4-cü mərtəbəsindən özünü atıb

Abşeronda kişi almaq istədiyi evə baxış zamanı özünü 4-cü mərtəbədən atıb.

1news.az APA-ya istinadla xəbər verir ki, 1960-cı il təvəllüdlü Rəhman Quliyev Mehdiabad qəsəbəsində yerləşən 1 saylı binanın dördüncü mərtəbəsində yerləşən mənzildən özünü ataraq öldürüb.

Bildirilib ki, Rəhman Quliyev həmin mənzili almaq istəyib. Bu səbəbdən o ev sahibi Mirabbas Sadıqovla görüşərək mənzilə gəlib. Ev sahibi ilə bir qədər söhbət etdikdən sonra pəncərədən özünü ataraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
217

Son xəbərlər

Bütün xəbərlər