Sabirabadda 6 otaqlı evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabirabadda 6 otaqlı evdə yanğın olub

11:45 - 07 / 06 / 2023
Sabirabadda 6 otaqlı evdə yanğın olub

Sabirabadda 6 otaqlı evdə yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Qaralar kəndində ümumi sahəsi 210 m² olan birmərtəbəli, 6 otaq və aynabənddən ibarət evin 2 otağının və aynabəndinin lambirdən və qamış örtükdən ibarət tavanı 90 m² sahədə yanıb. Yüksək temperaturdan çardağın taxta atmaları qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər