Ağdaşda 400 kiloqramdan çox narkotik tərkibli bitki məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda 400 kiloqramdan çox narkotik tərkibli bitki məhv edilib

12:17 - 07 / 06 / 2023
Ağdaşda 400 kiloqramdan çox narkotik tərkibli bitki məhv edilib

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbir zamanı Pirəzə kəndi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 400 kiloqramdan çox olan 502 çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Paylaş:
378

Son xəbərlər

Bütün xəbərlər