Bakıda səhiyyə innovasiyalarına həsr olunmuş Philips Day beynəlxalq konfransı keçirilib. | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda səhiyyə innovasiyalarına həsr olunmuş Philips Day beynəlxalq konfransı keçirilib.

10:27 - 09 / 06 / 2023
Bakıda səhiyyə innovasiyalarına həsr olunmuş Philips Day beynəlxalq konfransı keçirilib.

3 iyun tarixində Bakıda bölgədə səhiyyənin inkişafı üzrə innovasiyalara həsr olunmuş Philips Day beynəlxalq konfransı keçirilib.

Tədbirdə instrumental diaqnostika həkimləri, cərrahlar, rentgen laborantları, reanimatoloqlar və digər tibb işçiləri üçün təcrübə mübadiləsi imkanı yaradılıb.

Philips Day tədbirinin əsas mövzusu Azərbaycanda səhiyyənin inkişafında qabaqcıl təcrübə və texonologiyaların tətbiqi idi. Philips və International Healt Group (IHG) tərəfindən təşkil olunmuş tədbir şüa və utrasəs diaqnostikası, kardiologiya, rentgenendovaksulyar cərrahiyə və reanimatologiya mütəxəssislərini, tibb qurumlarının rəhbərlərini bir araya gətirərək əsl təcrübə və ekspertiza mübadiləsi platformasına çevrildi. İştirakçılar müasir kliniki həllərin ümumi cəhətlərini müzakirə etdilər, müxtəlif istiqamətlərdə sessiyaları ziyarət edərək yüksək texnologiya ilə çalışan avadanlıqları fəaliyyət prosesində gördülər.

Tədbiri Niderland Krallığının Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Paulin Eyzema açdı. Konfransda Azərbaycan Radiologiya Cəmiyyətinin mütəxəssisləri, Azərbaycan Kardiologiya Cəmiyyətinin nümayəndələri, həmçinin Philips avadanlıqlarının kliniki tətbiqi üzrə ekspertlər iştirak etdilər.

Konfrans iştirakçıları həkimlərə hər diaqnozda əminlik üçün daha çox detal görməyə imkan verən müasir diaqnostika metodikalarıyla tanış oldular. Philips mütəxəssisləri maqnit-rezonans araşdırmalarının aparılması üçün yeni texnologiyalardan, MRT kabinetinin məhsuldarlığının artırılması üçün inteqrasiya olunmuş həllərdən danışdılar. İkiqat spektral detektorlu kompüter tomoqrafına xüsusi diqqət yetirildi. Bu cihaz öncədən tənzimləməyə ehtiyac duymadan rentgen borusunun bir dövrəsində məlumatın bir neçə qatını əldə etməyə imkan verərək diaqnostikanın dəqiqliyini və sürətini artırır.

Tədbir iştirakçıları araşdırmalar zamanı daha çox kliniki əhəmiyyətli informasiya almağa, diaqnozu mümkün qədər tez və əlavə araşdırmaya ehtiyac olmadan müəyyənləşdirməyə kömək edən müasir ultrasəs diaqnostikası alətləri ilə tanış oldular. Master-klas çərçivəsində Philips mütəxəssisləri premium ultrasəs sistemi EPIQ CVx ilə ürəyin exokardioqrafiyasının bir neçə dəqiqəyə keçirilməsini nümayiş etdirdilər.

Əlavə olaraq, Philips kardiologiya sahəsində inteqrasiya olunmuş həlləri təqdim etdi. Bunlar tibb müəssisələrinə ürək-damar xəstəliklərindən ölüm hallarını azaltmağa və xərcləri optimizasiya etməyə imkan verir. Mütəxəssislər innovativ angioqrafik Azurion kompleksinin funksiyalarının minimal invanziv müdaxilələrin texniki nəticələrini artırmasından, beləliklə rentgenendovaskulyar cərraha böyük imkanlar verməsindən, xəstənin müalicə nəticələrini yaxınlaşdırmasından bəhs etdilər. Virtual rentgen əməliyyat otağına interaktiv turda konfrans iştirakçıları yüksək texnologiyaların tətbiqinin rahatlığını qiymətləndirmək imkanı əldə etdilər.

Reanimasiya həllərinə həsr olunmuş sessiyada çıxış edənlər isə xəstələrə terapiya təyin edərkən rəqəmsal alətlərin və RİTŞ bölmələrində texnologiyaların tətbiqi barədə aktual məlumatları paylaşdılar.

“Azərbaycanda səhiyyə sahəsində keçirilmiş bu tədbir Philips üçün böyük əhəmiyyət daşıyır. Məqsədimiz regiondakı həkimlərlə birlikdə yüksəkixtisaslı diaqnostikanın və müayinənin bütün xəstələr üçün əlçatanlığını artırmaqdır. Əminik ki, müasir avadanlıqlar həkimlərə əhəmiyyətli nəticələr almağa, əhaliyə isə vaxtında, keyfiyyətli tibbi yardım əldə etməyə imkan verəcək”, – Philips şirkətinin Mərkəzi Asiya, Qafqaz və Monqolustan üzrə regional direktoru Artyom Padeyskiy qeyd edib.

Reklam hüququnda

Paylaş:
991

Son xəbərlər

Bütün xəbərlər