Bazar günü hava necə olacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Bazar günü hava necə olacaq?

12:50 - 10 / 06 / 2023
Bazar günü hava necə olacaq?

İyunun 11-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq, gecə və səhər zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Paylaş:
916

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər