Ayaz Hüseynov: Son 5 ildə Bakıda işıqlandırılan küçələrin sayı 2 dəfə artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ayaz Hüseynov: Son 5 ildə Bakıda işıqlandırılan küçələrin sayı 2 dəfə artıb

Qafar Ağayev10:13 - 13 / 06 / 2023
Ayaz Hüseynov: Son 5 ildə Bakıda işıqlandırılan küçələrin sayı 2 dəfə artıb

Son illər paytaxt Bakının daha da abadlaşması, müasirləşməsi, gözəlləşməsi istiqamətində ciddi addımlar atılıb.

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatı şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynovun 1news.az-a bildirdiyinə görə, bu gün Bakı dünyanın ən gözəl şəhərləri sırasındadır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq paytaxtın sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atılır. Həyata keçirilən işlərdən biri də şəhərin küçə və prospektlərinin, eləcə də Bakıətrafı qəsəbələrdə küçələrin işıqlandırılmasıdır.

Bakı şəhərində küçələrin işıqlandırılması ilə əlaqədar son vaxtlarda aidiyyəti qurumlar tərəfindən bir sıra işlər həyata keçirilib.

Təsdiq edilən qrafikə uyğun olaraq paytaxt ərazisində tamamilə işıqlanma sistemi olmayan yollar sıfırdan işıqlandırılır. Yeni kabel xətləri çəkilir və yeni işıq dirəkləri quraşdırılır. Belə ki, əgər 2018-ci ildə Bakı şəhəri üzrə işıqlandırılan küçələrin sayı 1216 idisə, 5 il ərzində bu rəqəm artaraq 2466 olmuşdur. Təkcə keçən ilin sonundan başlanan küçə işıqlandırılması işləri çərçivəsində nəzərdə tutulan yeni layihəyə əsasən 548 küçədən 320-də artıq işlər başa çatdırılaraq istismara qəbul edilib, digər küçələrdə bu işlər davam etdirilir. Yeni çəkilən küçə işıqlandırılması ilə paralel olaraq istismar müddəti başa çatmış mövcud 82 küçənin işıqlandırma xətləri və elektrik dirəkləri yeni, müasir sistemlərlə əvəz edilib. Görülən işlər mərkəzlə yanaşı qəsəbələri də əhatə edir.

Yeni quraşdırılan işıq dirəkləri led lampalarla təchiz edilib, bu işıqlar ənənəvi lampalardan 50 faiz qənaətçildir. Bundan əlavə bu işıqların servis xidmətinə elə də tez-tez ehtiyac duyulmur, çünki onların ömrü kifayət qədər çoxdur. Digər üstünlüklərdən biri də ondan ibarətdir ki, bu işıqlar vahid idarəetmə sistemə qoşulur.

Paylaş:
232

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər