Nardaranda istirahət mərkəzində xuliqanlıq edən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nardaranda istirahət mərkəzində xuliqanlıq edən şəxslər saxlanılıb

Qafar Ağayev10:31 - 13 / 06 / 2023
Nardaranda istirahət mərkəzində xuliqanlıq edən şəxslər saxlanılıb

Paytaxtın Sabunçu rayonu Nardaran qəsəbəsində istirahət mərkəzində xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb.

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Paylaş:
260

Son xəbərlər

Bütün xəbərlər