Bulvarda kaktusları kəsib, yandıran şəxsin cəzası bəlli oldu - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bulvarda kaktusları kəsib, yandıran şəxsin cəzası bəlli oldu - VİDEO - YENİLƏNİB

Qafar Ağayev13:06 - 13 / 06 / 2023
Bulvarda kaktusları kəsib, yandıran şəxsin cəzası bəlli oldu - VİDEO - YENİLƏNİB

Dənizkənarı Bulvar ərazisində kaktusları kəsən, yandıran şəxsə verilən cəza bəlli olub.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, Məhkəmə qərarı ilə 2003-cü il təvəllüdlü V.Cəfərli barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.

***

11:19

Dənizkənarı Bulvar ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən 1news.az-a bildirilib ki, əməli törədən şəxs – Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Paylaş:
488

Son xəbərlər

Bütün xəbərlər