Bakıda avtomobillər toqquşub, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtomobillər toqquşub, ölən var

08:58 - 14 / 06 / 2023
Bakıda avtomobillər toqquşub, ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən avtomobil yolunun “Abşeron” TM-in qarşısından keçən hissəsində sürücü Yusubov Ruslan Elçin oğlunun idarə etdiyi “Priora” markalı avtomaşınla digər sürücü Sarıyev Haqverdi Mehman oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşın toqquşub.

Nəticədə “Hyundai Sonata” markalı avtomaşında sərnişin olan Abdullayev Zaur Abdulla oğlu ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.

Paylaş:
216

Son xəbərlər

Bütün xəbərlər