1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə Həcc ziyarətinə səfər edəcəklər | 1news.az | Xəbərlər
Cəmiyyət

1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə Həcc ziyarətinə səfər edəcəklər

12:12 - 14 / 06 / 2023
1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə Həcc ziyarətinə səfər edəcəklər

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

Bu barədə 1news.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcəkdir.

Qeyd edilbi ki, Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlarımız təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

Paylaş:
181

Son xəbərlər

Bütün xəbərlər