Son sutka ərzində koronavirusa yoluxanların və peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Son sutka ərzində koronavirusa yoluxanların və peyvənd olunanların sayı açıqlanıb

16:51 - 15 / 06 / 2023
Son sutka ərzində koronavirusa yoluxanların və peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 4 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 4 nəfər sağalıb.

Vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 831 888 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 593 nəfər müalicə olunaraq sağalıb, hazırda 14 aktiv xəstə var. Bu günə qədər 10 281 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 922, bu günə qədər isə ümumilikdə 7 635 681 test icra olunub.

Eyni zamanda ölkədə son sutka ərzində 34 nəfər vaksinasiya olunub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 966 319 olub.

Paylaş:
502

Son xəbərlər

Bütün xəbərlər