M2 çipi ilə təchiz edilmiş yeni MacBook Air 15 | 1news.az | Xəbərlər
Cəmiyyət

M2 çipi ilə təchiz edilmiş yeni MacBook Air 15

11:00 - 16 / 06 / 2023
M2 çipi ilə təchiz edilmiş yeni MacBook Air 15

İyunun 6-da “Apple” şirkəti 15,6” ekranı olan yenilənmiş “MacBook Air”in bazara buraxıldığını elan etdi.

Keçmiş modellərin ən yaxşı texniki xüsusiyyətlərini özündə birləşdirən bu yeni məhsul “MacBook Air” silsiləsinə ən son əlavə oldu.

Azərbaycanda 15,6” diaqonallı displeyə malik yeni “MacBook Air M2” modeli iyunun 23-dən satışa çıxarılacaq. Bu gündən etibarən isə cihazı rəsmi “Apple” resellerlərindən erkən sifariş etmək mümkündür. Bundan əlavə, yalnız iyunun 16-dan 25-dək yeni məhsulu xüsusi sərfəli şərtlərlə əldə edə bilərsiniz. Belə ki, bu tarixlər aralığında “MacBook Air M2” modelini “Birbank” kartları ilə 27 aylıq faizsiz taksit şərtləri ilə əldə etmək mümkündür.

Qiymətlər haqqında daha ətraflı məumat əldə etmək və məhsulu erkən sifariş etmək üçün “Apple”ın Azərbaycandakı rəsmi resellerlərinin saytlarına daxil ola bilərsiniz: iSpace, Kontakt Home, Irshad Telecom, Baku Electronics, MyShops, Soliton, Maxi, ByTelecom, Azercell

Son dərəcə nazik MacBook Air 15" modeli “Liquid Retina” displeyi ilə təchiz edilib ki, bu da hətta video rejimində ən xırda detalları dəqiq ötürməyə imkan verir. MacOS əməliyyat sistemi Magic Keyboard klaviaturası, “iPhone” və “iPad” ilə işləmək üçün idealdır.

MacBook Air 13" М2 modeli ilə müqayisədə yeni model təkmilləşdirilmiş batareya və yeni səs sistemi ilə təchiz edilib. Üç mikrofon ətrafdakı küyü boğaraq, sizin səsinizə fokuslanır. Altı dinamikə və “Spatial Audio” funksiyasına malik səs sistemi tam şəkildə musiqiyə dalmağa imkan verir.

M1 modeli ilə təchiz edilmiş MacBook Air 13" modeli ilə müqayisədə yeni model bir sıra üstünlüklərə malikdir:
- M2 çipi sayəsində yeni model 20-40% daha üstün performansa malikdir.
- Güclü qrafik prosessor, 24 Gb-dək operativ yaddaş.
- Geniş rəng qammasına malik daha parlaq “Liquid Retina” displeyi.
- 6 dinamikə, “Spatial Audio” funksiyasına və 3 mikrofona malik yeni səs sistemi.
- Təkmilləşdirilmiş kamera, qidalanma adapteri və FaceTime HD kamerası.

Yeni məhsul “Midnight”, “Starlight”, “Space Grey” və “Silver” rənglərdə təqdim olunur.

Reklam hüququnda

Paylaş:
225

Son xəbərlər

Bütün xəbərlər