İçərişəhərdə sakin və sahibkarlar üçün vahid məlumatlandırma xidməti istifadəyə verilib
“İçərişəhər” DTMQ İdarəsi İçərişəhər və Qala Qoruqlarının sakin və sahibkarları ilə aparılan işlərin təkmilləşdirilməsi məqsədilə "Vahid məlumatlandırma xidməti"ni (VMX) istifadəyə verib.
Bu barədə qurumun mətbuat xidmətindən 1news.az-a verilib.
Bildirilib ki, İçərişəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olmaqla bərabər, eyni zamanda yaşayan bir şəhərdir.
Bu səbəbdən də xidmət tarixi Qoruqlarda baş verənlər haqqında sakin və sahibkarları zamanında rəqəmsal şəkildə məlumatlandırmaq üçün istifadəyə verilmişdir.
Məlumat üçün bildiririk ki, “Vahid məlumatlandırma xidməti” sakin və sahibkarlar üçün ödənişsiz əsasda təqdim edilir.
298